Sövkət Ələkbərova - Dərələr текст песни

Текст песни Dərələr - Sövkət Ələkbərova



Çinarlar qatar-qatar
Qalxıb zirvəyə çatar
Dağa qısılıb yatar
Mışıl-mışıl dərələr
Dərələr, dərələr, dərələr
Yaşıl-yaşıl dərələr
Sizlərə vurğunam mən
Bəzəyiniz şəfəqdən
Günəş çıxar üfüqdən
Ovuc-ovuc zər ələr
Dərələr, dərələr, dərələr
Ovuc-ovuc zər ələr
Quş kimi üstünüzdən qanad çalım, dərələr
Şamlıqda bir axşamlıq qonaq qalım, dərələr
Dərələr, dərələr, dərələr
Qonaq qalım, dərələr
Dərələr, dərələr, dərələr
Qonaq qalım, dərələr, yar
Əgər ki, əgər ki, yıxılsam, çinar göstərin
Mən ona söykənib arana baxım
Gözlərim görməsə, Göygölü verin
Mən onun gözü ilə cahana baxım
Hər yerdə, həmişə sənsən gümanım
Canım-gözüm, mənim Azərbaycanım
Sən günəş, mən isə bir zərrə kimi
Diri ikən oğlunam, ölsəm torpağın
Sən ki, döyündürdün mənim qəlbimi
Sən uca çinarsan, mən isə yarpağın
Mənəm sənin özün, eşqim, canım
Sənsən özüm mənim, Azərbaycanım
Sizlərdən yollar keçər, siz yaxşı ki varsınız
Zirvələrə açılan geniş qapılarsınız
Dərələr, dərələr, dərələr
Yaşıl-yaşıl dərələr
Dərələr, dərələr, dərələr
Yaşıl-yaşıl dərələr
Dərələr, dərələr, ay dərələr
Yaşıl-yaşıl dərələr



Авторы: Emin Sabitoğlu, Nəbi Xəzri


Sövkət Ələkbərova - İfalar, Vol. 5
Альбом İfalar, Vol. 5
дата релиза
16-06-2022




Внимание! Не стесняйтесь оставлять отзывы.