Vüqar Əbdülov - Ziyarət Allah Evinə текст песни

Текст песни Ziyarət Allah Evinə - Vüqar Əbdülov



Vermiş Allah gözəl kəramət Allah evinə
Kərəm etsin biz edək ziyarət Allah evinə
Vermiş Allah gözəl kəramət Allah evinə
Kərəm etsin biz edək ziyarət Allah evinə
Xəlq edən tarı baxdım ki, necə dəstgah yaradıb
Göy üzərində afütabı qurub, mah yaradıb
Qurub bu aləmi madam, böyük Allah yaradıb
Verib öz nuri ilə hərarət Allah evinə
Vermiş Allah gözəl kəramət Allah evinə
Kərəm etsin biz edək ziyarət Allah evinə
Vacibdir müsəlmana hacc qılmaq Quranda
Hacəri öpmək üçün fürsət olur qurbanda
Neçə gün bundan əzəl yol götürən karvan da
Neçə gün bundan əzəl yol götürən karvan da
Çatıb, inşallah, səhər salamat Allah evinə
Vermiş Allah gözəl kəramət Allah evinə
Kərəm etsin biz edək ziyarət Allah evinə
Yetmiş il itdi-batdı, sonra yerini haqq tapdı
Yüksəlib öz yerini üç rəngli bayraq tapdı
Ölkə müstəqilləşdi, din yenə rövnəq tapdı
Gedir yenə el, camaat Allah evinə
Vermiş Allah gözəl kəramət Allah evinə
Kərəm etsin biz edək ziyarət Allah evinə
Vacibi şərtləri ziyarətin budur, deyəsən
Borclarını qaytarasan, halal eləyin dеyəsən
Məkkəyə çatanda da vacibdir ehram deyəsən
kəfənlə edəsən müraciət Allah еvinə
Vermiş Allah gözəl kəramət Allah evinə
Kərəm etsin biz edək ziyarət Allah evinə
Yeddi yol səy edəsən gərək Səfa, Mərvanı
"Həmi lənət" deyəsən, daşlayasan şeytanı
Çıxasan Mina dağında, kəsəsən qurbanı
Tutasan yenə gərək istiqamət Allah Evinə
Vermiş Allah gözəl kəramət Allah evinə
Kərəm etsin biz edək ziyarət Allah evinə
Vermiş Allah gözəl kəramət Allah evinə
Kərəm etsin biz edək ziyarət Allah evinə
Neçə dərdli eşidib
Neçə dərdli eşidib Məkkədə azan namazı
Analar niyyət edib Zəm-zəm ilə dəstəmazı
Üz tutub Kəbəyə sidq eylə, qılarlar namazı
Üz tutub Kəbəyə sidq eylə, qılarlar namazı
Eylə əhli-ibadət Allah evinə
Kim ki müştaqıdır Həccin, çata o arzu, kama
Bir səadətdir əgər qismət olarsa adama
Ora mənzildir hər il hücət əleyhül-salama
Ora mənzildir hər il hücət əleyhül-salama
O da verir hər ildə verir şərafət Allah evinə
Vermiş Allah gözəl kəramət Allah evinə
Kərəm etsin biz edək ziyarət Allah evinə
Vermiş Allah gözəl kəramət Allah evinə
Vermiş Allah gözəl kəramət Allah evinə
Kərəm etsin biz edək ziyarət Allah evinə
Vermiş Allah gözəl kəramət Allah evinə
Kərəm etsin biz edək ziyarət Allah evinə
Vermiş Allah gözəl kəramət Allah evinə
Kərəm etsin biz edək ziyarət Allah evinə
Vermiş Allah gözəl kəramət Allah evinə
Kərəm etsin biz edək ziyarət Allah evinə



Авторы: Vüqar əbdülov


Vüqar Əbdülov - Vüqar Əbdülov, Vol. 1
Альбом Vüqar Əbdülov, Vol. 1
дата релиза
28-03-2016




Внимание! Не стесняйтесь оставлять отзывы.