Vüqar Əbdülov - Bakı Bağları текст песни

Текст песни Bakı Bağları - Vüqar Əbdülov



Sən o vaxt bu kənddən qatarla getdin
İndi sən yoxsan, qatar da yoxdur
Dalınca bir qatar durnalar uçdu
Sən gedəndən bəri durnalar da yoxdur
Dalınca bir qatar durnalar uçdu
Sən gedəndən bəri durnalar da yoxdur
Hər il yaz gələndə köçərdiz bağa
Çıxardın ağacdan tut yığmağa
Hasardan baxardım hey sola, sağa
İndi o ağac da, hasar da yoxdur
Hasardan baxardım hey sola, sağa
İndi o ağac da, hasar da yoxdur
günlər idi, vaxtlar idi
Necə şirin, necə sevimli çağlar idi
İstilik var idi, doğmalıq var idi
Bir şahid ilk sevgimə köhnə bağlar idi
Ay, günlər idi, vaxtlar idi
Necə şirin, necə sevimli çağlar idi
İstilik var idi, doğmalıq var idi
Bir şahid ilk sevgimə köhnə bağlar idi
Köhnə kənd yerində, şəhər dəbində
Şalvarda gəzərdin, əlin cibində
Çiçəklər əkərdin divar dibində
Söküblər, indi o divar da yoxdur
Nərgizlər əkərdin divar dibində
Söküblər, indi o divar da yoxdur
Uzunsaç kuklana paltar tikərdin
Hər gün sığallayıb, saçın hörərdin
Mismarla çinarda şəkil çəkərdin
Kəsiblər dibindən, çinar da yoxdur
Mismarla çinarda şəkik çəkərdin
Kəsiblər, o yazıq çinar da yoxdur
günlər idi, vaxtlar idi
Necə şirin, necə sevimli çağlar idi
İstilik var idi, doğmalıq var idi
Bir şahid ilk sevgimə köhnə bağlar idi
Ay, günlər idi, vaxtlar idi
Necə şirin, necə sevimli çağlar idi
İstilik var idi, doğmalıq var idi
Bir şahid ilk sevgimə köhnə bağlar idi
Səhərlər təndirə çörək yapardın
Bir gün bizdən gəldin odun apardın
Axşamlar tavayla tum qovurardın
O tumun dadından heç harda yoxdur
Axşamlar çırtaçırt tum qovurardın
O tumun dadından heç harda yoxdur
o vaxt bu kənddə kənar var idi
bu asfalt, "mall", bazar var idi
Sanki bir sən, bir Vüqar var idi
İndi sən yoxsan, Vüqar da yoxdur
Sanki bir sən, bir Vüqar var idi
Sən köçüb gedəndən Vüqar da yoxdur
günlər idi, vaxtlar idi
Necə şirin, necə sevimli çağlar idi
İstilik var idi, doğmalıq var idi
Bir şahid ilk sevgimə köhnə bağlar idi
Ay, günlər idi, vaxtlar idi
Necə şirin, necə sevimli çağlar idi
İstilik var idi, doğmalıq var idi
Bir şahid ilk sevgimə köhnə bağlar idi
Bir şahid ilk sevgimə köhnə bağlar idi
Bir şahid ilk sevgimə
Sən o vaxt bu kənddən qatarla getdin



Авторы: Vüqar əbdülov


Vüqar Əbdülov - Vüqar Əbdülov, Vol. 1
Альбом Vüqar Əbdülov, Vol. 1
дата релиза
28-03-2016




Внимание! Не стесняйтесь оставлять отзывы.