XPert - Napoli Xatirəsi текст песни

Текст песни Napoli Xatirəsi - XPert



Belə bir ağır ritm seçmişəm ki biraz yellənəsiz
Avtabusdan əl elədim ama maşınınızdan eləmədiz
Yuxuda döndü Şəhri şeyxə qondu dizinə məlakələr
Repə qayıtmasan, dedilər, dağlar aşar, bəla gələr
Köçüb getdi məhəlləmizdən ruslar
Evləniblər hamısı indi nənə kimidir istədiyim qızlar
Turbo yığıb, salka atıb, raqatkamla vururdum
İki alanda sinfimizin pəncərəsini qırırdım
Mc adı yazılı qıraqda mənim ən arxa parta
Sevməmişdim avaraçılığı, gecələmədim barda
Daha maraqlı qışda dərsi qoyub çıxıb yarıda
Ləzət eləyir botinkalar səs çıxarar qarda
Mayka çöldə əlim kir, qara şalvar topuqdan
Yaşıl dizimə yadigarsı yıxıldığım otluqdan
Evə gecikib, qapıda qalmışam əsirəm soyuqdan
Cavan olardı nənəm kaş, döyərdi bizi çubuqla




XPert - Qassab
Альбом Qassab
дата релиза
17-11-2016




Внимание! Не стесняйтесь оставлять отзывы.