XPert - #Yaxşi текст песни

Текст песни #Yaxşi - XPert



Yaxşı, köpək balığı ağzın(ı) açar, düzər kant′a naxış'ı
Atar salto, üzər fontan axışı
Haşa uzaq durun, haşiyələr çəkin
Naşı yazarların üstlərində raşit mən!
Yaxşı, köpək balığı ağzın(ı) açar, düzər kant′a naxış'ı
Atar salto, üzər fontan axışı
Haşa uzaq durun, haşiyələr çəkin
Naşı yazarların üstlərində raşit mən!
Bir şey deyim; Synaps, All in yaxşı bilir işi
Bura, hər təbəqədən hər kəsimdən MC-lərin beşiyi
Qafiyə axtarmıram heç, özləri məni tapır
Bizim uşaqlar da bilir başım köhnə kitab yeşiyi.
olsun ki, külliyata bu qədər adam heyran
Hər konsertdən sonra acılı toyuq dönəri ayran
Biz evdə bişən şiriniyyatlar(ı) aşırdırıq çaynan
Maşınımızda asta səslə Kürdəxanılı Bayram.
Mən belə tip şeirlərin gündə on-un yazım atım
fayda?! itib gedir qarın qatım
Ki, baxış yüz minləri vurdu deyəmi harınladım?
Səsyazmaya hər gün işdən ayaqla, şəhərə düşdüm arıqladım.
Köhnə tükənmiş MC-lər, tüpürmüşəm silər!
Dəbdən düşən, özkeçmiş'ə tüpürmüş MC-lər
(Güya ki) mənə atılan atmacalara gülürmüş MC-lər
Dedilər "All in Label" arxasından hürürmüş MC-lər,
Yaxşı, köpək balığı ağzın açar, düzər kant′a naxış′ı
Atar salto, üzər fontan axışı
Haşa uzaq durun, haşiyələr çəkin
Naşı yazarların üstlərində raşit mən!
Yaxşı, köpək balığı ağzın(ı) açar, düzər kant'a naxış′ı
Atar salto, üzər fontan axışı
Haşa uzaq durun, haşiyələr çəkin
Naşı yazarların üstlərində raşit mən!
Həkk elədim musiqiləri yazarların kitablarına,
Oxusunlar başımı qatım, dirəşməyim ki day bunlarla
Gecələr düşünürəm ki, xeyli sonra dinləyəcək pickup'lardan
Oğlum məni öyrənəcək kitablardan.
(Sonra) qərara gəlib qarışdırdım ədəbiyyatla rep biliyimi
Ədəbiyyatımı xodlayan elə rep biliyidi
Yadıma gəlir "Makar10" albomum çıxanda DMB idim
Amma hamı gəldi təqdimata, o vaxt rep bir idi.
Repçi yaxşı proektləri alındırar asan
Əgər gündə xeyli məşq edib, demo-lar hazırlasa
Necə ki, uğur tapan musiqiləri yazan Şəhri yol yortub
Düz altı il avtobusla Xirdalan ilə, Qafqaz-a.
Ağır uşaqlıq keçirən gəlib bizlə oynamasın!
Ciddi işlər olan yerdə yoxdu sizlə oynayasım
Mən başqalarını bilmirəm amma
Bir bizimkilərə soxuşdurma(ginən) rep adıyla oyun havasın!
Yaxşı?! köpək balığı ağzın açar, düzər kant′a naxış'ı
Atar salto, üzər fontan axışı
Haşa uzaq durun, haşiyələr çəkin
Naşı yazarların üstlərində raşit mən!
Yaxşı, köpək balığı ağzın(ı) açar, düzər kant′a naxış'ı
Atar salto, üzər fontan axışı
Haşa uzaq durun, haşiyələr çəkin
Naşı yazarların üstlərində raşit mən!




XPert - Yaxşi
Альбом Yaxşi




Внимание! Не стесняйтесь оставлять отзывы.