Xanım Ismayılqızı feat. Sənubər İsgəndərli - Mənim Balam текст песни

Текст песни Mənim Balam - Xanım Ismayılqızı




Ürəyimin parçasısan
Sənə göz-nəzər dəyməsin
Sevgili ömür yaşa sən
Həsrət qapını döyməsin, qızım
Həyatda eniş-yoxuş var
Alnıaçıq, üzüağ ol
Qəlbinin sirdaşına, çalış ki
Sən dayaq ol, quzum
Ömür yolu od parçası
Bu yollarda yanmayasan
Bu dünyada peşmanlıqla
Üzü-üzə dayanmayasan, mənim balam
Ömür yolu od parçası
Bu yollarda yanmayasan
Bu dünyada peşmanlıqla
Üzü-üzə dayanmayasan
Mən sənə laylay demişəm
Arzuma qanad olmusan
Müqəddəs ocaq qurasan
Sən bir laylay çalasan, mənim balam
Gözümün ağı-qarası
Bu dünyada xoş bəxtli ol
Bundan böyük arzu olmaz
Xoşbəxtlərin xoşbəxti ol
Mənim balam, xoşbəxtlərin xoşbəxti ol
Ata bir igid böyüdüb
Bu, sənin qismət payındır
Sən həmişə müqəddəs ol
Bu yol sevgi sarayındır, qızım
Oğul böyüdən ananı
Həmişə sən ana bil
Mən səni necə sevirəm
Çalış ki, hər zaman sevil, quzum
Ömür yolu od parçası
Bu yollarda yanmayasan
Bu dünyada peşmanlıqla
Üzü-üzə dayanmayasan, mənim balam
Ömür yolu od parçası
Bu yollarda yanmayasan
Bu dünyada peşmanlıqla
Üzü-üzə dayanmayasan
Mən sənə laylay demişəm
Arzuma qanad olmusan
Müqəddəs ocaq qurasan
Sən bir laylay çalasan, mənim balam
Gözümün ağı-qarası
Bu dünyada xoş bəxtli ol
Bundan böyük arzu olmaz
Xoşbəxtlərin xoşbəxti ol
Mənim balam, xoşbəxtlərin xoşbəxti ol
Gözümün ağı-qarası
Bu dünyada xoş bəxtli ol
Bundan böyük arzu olmaz
Xoşbəxtlərin xoşbəxti ol
Mənim balam, xoşbəxtlərin xoşbəxti ol



Авторы: Xanim Qarayeva


Внимание! Не стесняйтесь оставлять отзывы.
//}