Xanım Ismayılqızı feat. Cahangir Qurbanov - Sevdim Səni текст песни

Текст песни Sevdim Səni - Xanım Ismayılqızı




Yavaş-yavaş sevdim səni
Hər gün bir az da sevdim
Ən çox bu qış sevdim səni
Qarda, ayazda sevdim
Qar altından baş qaldıran
Çiçəktək sevdim səni
İstisinə qızındığım
Ocaqtək sevdim səni
Belə sevməmişdim
Ömrüm boyu heç kimi
Sevdim qar üstündə
Yem axtaran quş kimi
Qar altından baş qaldıran
Çiçəktək sevdim səni
İstisinə qızındığım
Ocaqtək sevdim səni
Gör bir tez isinişdik
Havalar soyuyanda
Adamlar qalın geyinib
Ağaclar soyunanda
Qar altından baş qaldıran
Çiçəktək sevdim səni
İstisinə qızındığım
Ocaqtək sevdim səni
Belə sevməmişdim
Ömrüm boyu heç kimi
Sevdim qar üstündə
Yem axtaran quş kimi
Qar altından baş qaldıran
Çiçəktək sevdim səni
İstisinə qızındığım
Ocaqtək sevdim səni
Qorxa-qorxa bu sübh çağı
baxırsan göyə sən?
Deyirsən ki, Günəş çıxır
Qar əriyir, deyəsən



Авторы: Xanim Qarayeva, Ramiz Rovshen


Внимание! Не стесняйтесь оставлять отзывы.
//}