Payam Turk - Alma Songtexte

Songtexte Alma - Payam Turk




Dedim, Həvvam ol
Olaram Adam
Yoxdur çaran, buna dadan
Ol yanımda, şadam
Mənim ol, madam, madam
Dedim, dərmə almanı, örgən mənə qalmanı
Amma sevdin olmanı, çıxdın mənim axırıma
Damcıladın bağrıma
Kötügünə geri dönüb almanı dərdin, səpildin ağrıma
Gözündə kədər görəndə axıram, dağılıram
Dedin: "Deyillər, elədir belə, inanmıram ağrına"
Dedim: "İnanma millətə"
Hər kəsə şər olsam, nənəmin sağırı, sənin fağırınam
Qayıdılmaz yol olur
Cənnətdən qovulur
Azadlıq yoxdur
Həsrətin oxdur
Əbədi ayrılıq
Bir qırmızı alma dadı, bir ümidin sonu
Bir qırmızı alma dadı
(Ümidin sonu)
(Ümidin sonu)
(Ümidin sonu)
Damarda qan laxta, lax
Öldürmə, durma məndə, ax da, ax
Burax şeytanı, gəl özümə aldan
Oyunumla oyna
Mənəm axı sənə qalan
Saxtadır vaxt yer kürəsində, gəl buradan gedəx
Burax almanı, yerdən keçəx
Qırmızı qan kimi şah damarda
Axmırsan amma, ğiflət yuxusu yatırsan
Kötügünə geri dönüb almanı oyuna qatırsan, hey, hey
Otururam, oturursan
Titrənirəm, titrənirsən
Almanı dərmirəm, dərirsən
Axı şeytanı burax, mənə aldan gəl
Qoyaram qırağa özünü, bağrımı az dəl
Bu yolu olmaz qayıtmaq
Bu dadı əgər unutsaq, Həvvam olarsan
Sənin üçün Adam da olaram
Sənin üçün Adam da olaram
Qayıdılmaz yol olur
Cənnətdən qovulur
Azadlıq yoxdur
Həsrətin oxdur
Əbədi ayrılıq
Bir qırmızı alma dadı, bir ümidin sonu
Bir qırmızı alma dadı




Payam Turk - Alma
Album Alma
Veröffentlichungsdatum
15-01-2024

1 Alma




Attention! Feel free to leave feedback.