Lyrics Bayati Shiraz: Daramad, Bardasht, Maye - Alim Qasimov
BU
MÜRƏBBE
LEYLİ
DİLİNDƏNDİR
Giriban
oldu
rüsvalıq
əlilə
çak
damən
həm,
Mənə
rüsvalığımda
dustlar
tən
etdi,
düşmən
həm.
Rəhi-eşq
içrə
can
qıldım
giriftari-bəla,
tən
həm,
Bu
yetməzmi
ki,
bir
dərd
artırırsan
dərdimə
sən
həm?
Əgər
tutsam
qəmim
eldən
nihan,
səbrü
qərarım
yox,
Və
gər
şərhi-qəmi-pünhanım
etsəm,
qəmküsarım
yox,
Əsiri-bəndi-zindanəm,
əlimdə
ixtiyarim
yox,
Bu
yetməzmi
ki,
bir
dərd
artırırsan
dərdimə
sən
həm?
Olubdur
əşki-xunab
ilə
gülgun
çöhreyi-zərdim,
Yanıbdır
atəşi-hicranə
cani-dərdpərvərdim,
Cəfayi-çərxi-kəcrəftar
əlindən
var
min
dərdim,
Bu
yetməzmi
ki,
bir
dərd
artırırsan
dərdimə
sən
həm?
Gəhi
şövqi-vüsalü,
gəh
bəlayi-hicr
ilə
zarəm,
Özüm
həm
bilməzəm
dərdim
nədir,
mən
necə
bimarəm,
Qəmi-eşq
içrə
bir
dərmani
yox
dərdə
giriftarəm,
Bu
yetməzmi
ki,
bir
dərd
artırırsan
dərdimə
sən
həm?
Cüda
səndən
bəlavü
dərdi-hicran
ilə
tutdum
xu,
Qılır
hər
dəm
mənə
bidad
dərd
ayru,
bəla
ayru,
Bəlavü
dərdə
düşdüm
ruzigarım
böylə,
halım
bu,
Bu
yetməzmi
ki,
bir
dərd
artırırsan
dərdimə
sən
həm?
Təbibi-eşqə
çün
izhar
qıldım
dərdi-pünhani,
Məni-bimarə
mütləq
olmadı
bir
səhhət
imkani,
Əzəldən
var
min
dərdim,
ki,
yoxdur
hiç
dərmani,
Bu
yetməzmi
ki,
bir
dərd
artırırsan
dərdimə
sən
həm?
Füzuli,
hər
zaman
bir
tən
ilə
bağrım
qılırsan
qan.
Əcəb
bilməzmisən
kim,
eşqdən
keçmək
deyil
asan?
Bilirsən
düşmüşəm
bir
dərdə
kim,
yoxdur
ona
dərman,
Bu
yetməzmi
ki,
bir
dərd
artırırsan
dərdimə
sən
həm?
![Alim Qasimov - L'art du Mugham](https://pic.Lyrhub.com/img/f/t/p/w/mpNomOwpTf.jpg)
Album
L'art du Mugham
1 Bayati Shiraz: Daramad, Bardasht, Maye
2 Bayati Shiraz: Rang, Bayati Esfahan, Rang, Zil Bayati Shiraz, Kharavan
3 Bayati Shiraz: Rang, Uzzal, Zarbi Uzzal
4 Zabol: Daramad, Bardasht, Maye
5 Zabol: Rang, Zabol, Muye, Rang, Segah
6 Zabol: Rang, Zil Zabol, Rang
7 Zabol: Hasar, Manandi Mukhalif
Attention! Feel free to leave feedback.