Eyyub Yaqubov - Mənə Dəniz Verin Lyrics

Lyrics Mənə Dəniz Verin - Eyyub Yaqubov



Mənə dəniz verin, tənha qalmışam,
O, mənə ən şirin sözlər deyəcək.
Mənə dəniz verin, bəlkə bu axşam,
Gur sular qapımı gəlib döyəcək.
Səhər açılanda, gecə düşəndə,
Mənə dəniz verin, qoy darıxmayım.
Gözümün yaşında islanım bir az,
Kədərli baxışla ona baxmayım.
Mənə dəniz verin, o, tənha qalıb,
O, məni axtarır, məni gözləyir,
Gedirəm dənizə, dəniz mənimdir,
O dəniz gözlərim səni gözləyir.
Mənə dəniz verin, o, tənha qalıb,
O, məni axtarır, məni gözləyir,
Gedirəm dənizə, dəniz mənimdir,
O dəniz gözlərim səni gözləyir.
Mənə dəniz verin, isinim bir az,
Onun gözlərinə qarışam bəlkə,
Tapım sularında göz yaşlarımı,
Orda taleyimlə barışam bəlkə.
Səhər açılanda, gecə düşəndə,
Mənə dəniz verin, qoy darıxmayım.
Gözümün yaşında islanım bir az,
Kədərli baxışla ona baxmayım.
Mənə dəniz verin, o, tənha qalıb,
O, məni axtarır, məni gözləyir,
Gedirəm dənizə, dəniz mənimdir,
O dəniz gözlərim səni gözləyir.
Mənə dəniz verin, o, tənha qalıb,
O, məni axtarır, məni gözləyir,
Gedirəm dənizə, dəniz mənimdir,
O dəniz gözlərim səni gözləyir.



Writer(s): Nadir əzimov, Sabir Abdinov


Eyyub Yaqubov - Alışdım
Album Alışdım
date of release
26-04-2004




Attention! Feel free to leave feedback.