Sövkət Ələkbərova - Sevdiyim Qız Lyrics

Lyrics Sevdiyim Qız - Sövkət Ələkbərova



Hələ quşlar uçmamışdı budaqdan
Günəş girdi otağıma, səpdi nur
Gülə-gülə dedi mənə, yatma, dur
Sevdiyin qız oyanmışdır bayaqdan
Gülə-gülə dedi mənə, yatma, dur
Sevdiyin qız oyanmışdır bayaqdan
Yol uzunu sərin yeli səhərin
Toxundurdu nəfəsini üzümə
Sevdiyim qız görünmədi gözümə
Geniş, qaynar qucağında şəhərin
Sevdiyim qız görünmədi gözümə
Geniş, qaynar qucağında şəhərin
Mən zavodun həyətinə gələndə
Elə bildim, səhər təzə açıldı
Üstümüzə al şəfəqlər saçıldı
Sevdiyim qız mənə baxıb güləndə
Üstümüzə al şəfəqlər saçıldı
Sevdiyim qız mənə baxıb güləndə
Güləndə, güləndə



Writer(s): Teymur Elçin, Tofiq Quliyev


Sövkət Ələkbərova - İfalar, Vol. 2
Album İfalar, Vol. 2
date of release
13-05-2022




Attention! Feel free to leave feedback.