Sövkət Ələkbərova - Toxunma Qız Ürəyinə Lyrics

Lyrics Toxunma Qız Ürəyinə - Sövkət Ələkbərova



Toxunma qız ürəyinə
Tez kövrəlib sına bilər
Bəzən soyuq bir baxışdan
Qız ürəyi dona bilər
Qız ürəyi quş yuvası
Əl vursan, quşlar hürküşər
Pozular göydə sırası
Durnalar da ayrı düşər
Sındırma qız ürəyini
Ana qəlbinə qar yağar
Duysan arzu-diləyimi
Ana qəlbinə gün doğar
Sındırma qız ürəyini
Ana qəlbinə qar yağar
Duysan arzu-diləyimi
Ana qəlbinə gün doğar
Toxunma qız ürəyinə
Eşidər qızlar, inciyər
Yerdə bulaqlar inciyər
Göydə ulduzlar inciyər
Küsdürmə qız ürəyini
Küsər səndən öz ürəyin
Günahından, taqsırından
Heç zaman keçməz ürəyin
Sındırma qız ürəyini
Ana qəlbinə qar yağar
Duysan arzu-diləyimi
Ana qəlbinə gün doğar
Sındırma qız ürəyini
Ana qəlbinə qar yağar
Duysan arzu-diləyimi
Ana qəlbinə gün doğar
Sındırma qız ürəyini
Ana qəlbinə qar yağar
Duysan arzu-diləyimi
Ana qəlbinə gün doğar



Writer(s): Famil Mehdiyev, Oqtay Rəcəbov


Sövkət Ələkbərova - İfalar, Vol. 2
Album İfalar, Vol. 2
date of release
13-05-2022




Attention! Feel free to leave feedback.