Miro - Unuda Bilmirəm paroles de chanson

paroles de chanson Unuda Bilmirəm - Miro



Bu gecə vərəqi qaraladım, basdım yaramın üstünə
O necə gözəl, xatırla, düşün tütünü tüstülə
Sanırdım unutmuşam, bədənim əsdi, gözlərimdə qəm
Xoş təsadüf, qarşılaşdıq onla biz dünən
O sanki gəl deyirdi, ürək gedir, getmə döz dedim
Qəmlə gözlərimə baxır sanki nəsə gizlədir
Darıxmışam qışqırdım, o getmişdi
Bu gün həmin yerdə, həmin vaxtda
Mən onu gözlədim
Bir gəlmədi, o andan özümə gəlmədim
Mən onsuz ölərəm dedim, olmadı
Süründüm ölmədim
Bir anda vurulduğum,
Mən nəfəsinə qurban olduğum Doyunca baxdım, gözündə özümü görmədim
Olmazdı gülün solmağı, həmin an
Külək sərt əsirdi, tərpədirdi torpağı
Bir ömür keçsə unutmaram saçlarında qar
Əynində çəhrayı köynək, qolunda mavi qolbağı
Axı mən unuda bilmirəm
Harda onu da bilmirəm
Yoxdu arada dindirən
Dərd kədərdi öldürən məni
Axı mən unuda bilmirəm
Harda onu da bilmirəm
Yoxdu arada dindirən
Dərd kədərdi öldürən məni
Axı mən unuda bilmirəm
Harda onu da bilmirəm
Yoxdu arada dindirən
Dərd kədərdi öldürən məni
Toxunma qoy dəm olsun, toxunma qoy qəm olsun
Yanımda yoxsan indi, yerində bir qədəh şərab
olar indi qayıt, sən şərab ol, şərab sən olsun
Hüzur gətir, xaraba qaldı xatirələrimiz
İzini itirdiyinə qalan xatirələr biz
O baxıb bəslədiyin bağın yerinə bataqlıq var
Pəncərədə qurudu güllərin
lalə qaldı nərgiz bilirdim
Dünən gördüyüm sadəcə son görüşdü
Ayrılığa dözmədi tanrı səni mənlə bölüşdü
Son dəfə görürdüm səni, son dəfə baxdın getdin
Ağlıyıb Tanrıdan istəmişdim o dönmüşdü
Sən demə dünən sadəcə gözlərimə görünmüşdün
O getdi bu dünyadan gözlərimdən ömür düşdü
O parkda gözümə görünən aşiqi olduğum o canan
Əslində bir qəzada 10 fəsil öncə ölmüşdü
Axı mən unuda bilmirəm
Harda onu da bilmirəm
Yoxdu arada dindirən
Dərd kədərdi öldürən məni
Axı mən unuda bilmirəm
Harda onu da bilmirəm
Yoxdu arada dindirən
Dərd kədərdi öldürən məni
Axı mən unuda bilmirəm
Harda onu da bilmirəm
Yoxdu arada dindirən
Dərd kədərdi öldürən məni



Writer(s): Məhəmməd Isgəndərov, Pacific Beats


Miro - Unuda Bilmirəm - Single
Album Unuda Bilmirəm - Single
date de sortie
23-07-2020




Attention! N'hésitez pas à laisser des commentaires.