Orkhan Zeynalli - Məncə paroles de chanson

paroles de chanson Məncə - Orxan Zeynallı



Məncə soyuq müharibə qışdan daha soyuqdur
Əlcəyi götür qar topu oynayaq viruslarla
Güya ki brendləri sevmək indi krutoyluqdur
Yox
Sözlərim bugün sevişir minuslarla
Məncə bu repim bu qədər qlobal olmasın gərək
Sözlərim dərdi kədəri olana olsun dirək
Məncə gedək gizlincə cənnətin almasını dərək
Sataq burda yalandan Qubadan gəlibdir deyək
Məncə içkilərdə fərqli adlar olmasın gərək
Bütün içkililər gəyirəndə eyni səs çıxırsa
Məncə sevirəm sözü fərqli dillərdə olmasın gərək
Bütün sevgililər sevişəndə eyni səs çıxırsa
Bir az pauza mövzudan qıraq çıxsaq
Məncə bu repin duzu mövzunun olmamağındadır
Tempi tutmusan? Yox
Dinləyirsən dalbadal
Həvəsindəsən bəlkə sözlərim yaratdı qalmaqal
Bugün deyiləm radikal, gəldim məzələnmək üçün
Axşam görüşüm var, rep deyirəm bəzənmək üçün
Bəzən mənim üçün bezəndə Çin son seçimdir
Görəsən son seçkilərdə kim masson seçildi
Məncə sən facebookda girirsən qız tutmaq üçün
Sənin xəyalındakılar yəqin mədaxilindədir
Biz çeynəmirik sonda saqqızı udmaq üçün
Amma hıçqırırsan saqqız artıq mədədədir
Məncə bizim ölkə xəritədə səhv yerdədir
Televizyon göstərir ki, bura Əfqanıstandır
Yadaki Pakistandır yada hələ kəşf olunmamış ölkə
Özbəkistandan düz gedəndə birinci döngəyik
Repini onun tanıyırdıq küçələrdən
Qoruya bilmədik repi cücələrdən
Səndə təb alırsansa gecələrdən
Sənində beynində öncə məncələr
Repini onun tanıyırdıq küçələrdən
Qoruya bilmədik repi cücələrdən
Səndə təb alırsansa gecələrdən
Sənində beynində öncə məncələr
Məncə, rep əyləncə
Diz çökəcək popstar repçi ilə görüşüncə
Rep qədər bərk gedər
Bilən sözü ilə mıxı vurub qoyar çəkicini küncə
Məncə Bakının adını qoyaq mərmər
Ölkəmizə qiyməti qoysun zərgər
Parkların imicini dəyişsin bərbər
Şəhərin gözü qaşı eləsin gəl-gəl
Hərdən mənə gələndə təb
Əziyyət çəkir ölkə
Yalvarsalar bəlkə
Yazmaram birdə
Radio efirdə
Son dəfəsində
Çıxıb hamıya deyərəm youuu!
Məncə rep ölsə buraxaq onu dənizə
Torpağın altında qalmasın yazıqdır
Çoxunuzun repi bugün kömək edir pəhrizə
Maraqlı bir rep istəyirdiz ala yazdıqda
Repini onun tanıyırdıq küçələrdən
Qoruya bilmədik repi cücələrdən
Səndə təb alırsansa gecələrdən
Sənində beynində öncə məncələr
Repini onun tanıyırdıq küçələrdən
Qoruya bilmədik repi cücələrdən
Səndə təb alırsansa gecələrdən
Sənində beynində öncə məncələr



Writer(s): Orxan Aid Zeynallı


Orkhan Zeynalli - Yaş Gəlir
Album Yaş Gəlir
date de sortie
16-12-2012



Attention! N'hésitez pas à laisser des commentaires.