Orkhan Zeynalli - Time Out paroles de chanson

paroles de chanson Time Out - Orxan Zeynallı



Mən küçələr boyunca protestdən inqilaba gedən yolda
Rap deyirəm doyunca prospektdən İnqilaba gedən yolda
Mən küçələr boyunca protestdən inqilaba gedən yolda
Rap deyirəm doyunca prospektdən İnqilaba gedən yolda
Mən inqilabçıyam, Hərdən idmançıyam
Məktəbdə o vaxt demişdim guya boksçuyam
Amma ki, ilk davadan məni döydülər
Onda bildilər ki, mən sadəcə gopçuyam
Heç yerdə işləmirəm, köynəyim, qalstukum yoxdu
Toy zad olanda səliqəli geyim tapmıram
Mən sizi dişləmirəm, rapimlə aclığım yoxdu
Azad olanda ifadə olunmağa deyim tapmıram
Kral zad deyiləm, zarafat elədim "Hostlandiya"da
Sərkərdə çıxmaz məndən, qılıncım yoxdu
Amma ki, at sürə bilirəm. Sürürdüm Şamaxıda
Yarışmalarda isə gəlirdim ən axırda
İlham pərilərimin kefi kökdü
Şit havasın ruhum vərəqə tökdü
Sən kimlə olsan da dinlə
Qoy trekim kefivi açsın, töksün
İlham pərilərimin kefi kökdü
Şit havasın ruhum vərəqə tökdü
Sən kimlə olsan da dinlə
Qoy trekim kefivi açsın, töksün
Mən küçələr boyunca protestdən inqilaba gedən yolda
Rap deyirəm doyunca prospektdən İnqilaba gedən yolda
Mən küçələr boyunca protestdən inqilaba gedən yolda
Rap deyirəm doyunca prospektdən İnqilaba gedən yolda
Xoşum gəlmir köynək geyinəndə
Vişnə suyu içəndə üstümə dağıtmaqdan
Bir ki, ayaqqabını barmaqla geyinəndə
Çıxardanda dırnağın altın dağıtmaqdan
Küçədə gəzəndə yağışda yolun qırağıyla
Birdən kamaz keçəndə üstün su olur təmiz
Hanı bəs bayaqkı romantika mahnıyla?!
Mənəsə maraqlı indi təkcə paltardı təmiz
Bir ki, vacib anda zaryatka qurtaranda
Blin, elə bil ki, başıma daş düşür
Evdəkilərdən uzaq yerdə yemək qurtaranda
Tərslikdən yadıma niyəsə həmişə düşür
Gör qədər dərd var hər addım başı
Nəsə elə bil bir az tərs gedir
Yenə xəyallar tək adalarda...
Müəllim oyadıb deyir "Bala, dərs gedir"
Gör qədər dərd var hər addım başı
Nəsə elə bil bir az tərs gedir
Mənim inqilabım bu qədər bəsitdi
Qoy qiyməti mənə bütün xalq desin
Mən küçələr boyunca protestdən inqilaba gedən yolda
Rap deyirəm doyunca prospektdən İnqilaba gedən yolda
Mən küçələr boyunca protestdən inqilaba gedən yolda
Rap deyirəm doyunca prospektdən İnqilaba gedən yolda



Writer(s): Orxan Aid Zeynallı


Orkhan Zeynalli - Yaş Gəlir
Album Yaş Gəlir
date de sortie
16-12-2012



Attention! N'hésitez pas à laisser des commentaires.