Orkhan Zeynalli feat. Miri Yusif - Bəlkələr paroles de chanson

paroles de chanson Bəlkələr - Orkhan Zeynalli , Miri Yusif



Hissim kədər, deyilən sözlər hədər
Yaşa gəlim ömrüm yetənə qədər
Yorulub əqrəblər açılır səhər
Yuxusuz gözlər, yuxulu şəhər
Mən onu gözlədim, ondan bixəbər
Hər günüm bir-birinə bənzər
Dənizimi örtər o ləpələr
Oxuyar sahilə bəlkələr
Bəlkələr, ay bəlkələr
Arzularımız, bəlkələr
Bəlkələr, ay bəlkələr
Dualarımız, bəlkələr
İllərin yorğunusan, Miri
Sən daha yaxşı bilirsən
Nədi həyat, nədi zaman, nədi ata olmaq
Kaseti fırladım geri
Uşaqlığın səsi gəldi
Görəsən atam istəyirdimi vaxtsa ata olmaq?!
Görəsən yükəmmi ya həyatdan tələbəmmi?!
Ağarıbsa anamın örpəyi mən əsas səbəbəmmi?!
Bilmirəm kimsə ölür gedir, gedincə örnək olur
Kiminsə gələcək planı bircə ölmək olur
İlham pərim yenə qaranlıq bir ev
işıq verməkdən yorulmuş bir şam
Yanır Bakı gecəsi
Tək-cüt yatanların qəlbləri
Oyanır çoxu səhərisi tək
Bəlkə səhvik bu ölkədə
Həyat rahat incidə bilmək üçün
Əvvəlcə bizə ərk edər
Onunda tərk edəndə yanan gözləri
Sanki deyirdi ki, sonacan gözləyim
Baxmıram sabah haqqında proqnoza
Kim deyəcək ki, bizə hansı gün yaxşı, hansı pis
Xoşbəxt günlər təqvimdə yazılsa əvvəldən
Bilərdik əsl sevgiyə aparır hansı iz
Gözlərim yol çəkir, gələcək haqqında
Görəsən deyə bilər gələcək haqqımda?!
Ən azı mən həyatdan, həyat məndən razı
Susur sevgi, bu gün qələm illərdən yazır
Bəlkələr, ay bəlkələr
Arzularımız, bəlkələr
Bəlkələr, ay bəlkələr
Dualarımız, bəlkələr



Writer(s): Orxan Aid Zeynallı


Orkhan Zeynalli feat. Miri Yusif - Yaş Gəlir
Album Yaş Gəlir
date de sortie
16-12-2012



Attention! N'hésitez pas à laisser des commentaires.