PRoMete - 2012 paroles de chanson

paroles de chanson 2012 - PRoMete



Sonda hər şey öz qutusuna qayıdacaq
qələm olmur kömək, ağappaq vərəqlər...
Bir ağırlıq varsa ürəkdə.
Küləklər aparsın külünü,
İstəyirsən yanasan.
Hərdən, fikirləşirəm ki, yuxudayam...
Bütün bu ağırlıq düşəcək çiyindən,
vaxt ki oyanacam.
Amma haçanacan davam edəcəyini bilmirəm.
Mən əhatə dairəsindən kənarda,
Sən isə Bermudumsan.
Ümidlər sonuncu ölür, sən son ümidimsən!
Amma yoxsan yanımda,
Varsan içimdə.
Hər addımımda gözümün önündə
Nəsə səni xatırladır.
Zəng edirəm,
Ya uzun-uzun çağırır,
Ya da nömrən qapalıdır. (biraz sonra zəng edin)
İndi, kömək eləmir bizə qanadlar.
Yerimiz uçurumların kənarı.
Guya qaça-qaça biz xəzandan,
Uzaq saldıq özümüzdən baharı.
İndi, kömək eləmir bizə qanadlar.
Yerimiz uçurumların kənarı.
Guya qaça-qaça biz xəzandan,
Uzaq saldıq özümüzdən baharı.
İçimiz daş bazarı, ya da ürək məzarı.
Gözlərimiz qızarıb, bəbək yerinə qan damarı.
Gecələrimiz yuxusuz, günlərimiz sonsuzluğa,
Bu sonsuzluğun sonu bizi görən hara aparır?!
İşlərimiz artır-artır, azalır sevginin vaxtı,
Ünsiyyət iki sözlük: "Necəsən?" Cavab: "Yaxşı"
Soyuqluqda keçəcəyik daşı, buraxıb yaddaşı,
İnkubator insanlarının olmur qardaşı.
İndi, kömək eləmir bizə qanadlar.
Yerimiz uçurumların kənarı.
Guya qaça-qaça biz xəzandan,
Uzaq saldıq özümüzdən baharı.
İndi, kömək eləmir bizə qanadlar.
Yerimiz uçurumların kənarı.
Guya qaça-qaça biz xəzandan,
Uzaq saldıq özümüzdən baharı.
İndi kömək eləmir iynələr sistemlər,
Məhv olunan sevgilərdir, insanların hirsindən.
İndi kömək eləmir magiyalar ya da dinlər,
Dünyanı qurtarmaqçün bu qap-qara tilsimdən.
Sadə şeylər məntiq üçün fantastikdir.
Texnikalar üstələyir insan ağlın.
Kim yazır görəsən bu əsəri?
Sonunu görmək maraqlı olardı, bu nağılın.
Kiminsə gözü bağlı, kiminsə ağlı bağlı.
İtib fərq, fərq eləmir yaxınlıq, ya uzaqlıq.
Satılır hətta enerji də, indi hər şeyin öz qiyməti
Ürəklər icarəyə verilir, bir neçə yataqlıq.
İndi, kömək eləmir bizə qanadlar.
Yerimiz uçurumların kənarı.
Guya qaça-qaça biz xəzandan,
Uzaq saldıq özümüzdən baharı.
İndi, kömək eləmir bizə qanadlar.
Yerimiz uçurumların kənarı.
Guya qaça-qaça biz xəzandan,
Uzaq saldıq özümüzdən baharı.




PRoMete - 14
Album 14
date de sortie
14-02-2011




Attention! N'hésitez pas à laisser des commentaires.