PRoMete - Aciz İnsan paroles de chanson

paroles de chanson Aciz İnsan - PRoMete



bir küçə, bir bucaq,
bir qoca, bir uşaq,
bir sətir, bir vərəq,
Ovutmur mahnılar tək.
Yorğunam dost, yorğunam mən,
Əllərimlə, sanki yükümün çiyinlərdən
Düşməməsinə kömək edirəm.
Üzümə qəm yapışıb,
Gülərək, gizləməkdən yaxşı heç tapmadığımdandır,
Bu aciz təbəssüm daim çöhrəmdə.
Gənclik bağçalarımı quraqlıq vurubdur sanki,
Solubdur qönçələrim tökülübdür pöhrəm də.
Şamam dövrəmdə, dövr edəndə pərvanə,
Yandırdım qanadın, məhv oldu sevgimdən.
Səni axtaranda, sularda, dürdanəm,
Çox dərin getdim, boğuldum mən.
Əgər sevmək acizliksə, mən dünyada ən aciz insan(aciz insan)
Əgər sevmək acizliksə, mən dünyada ən aciz insan(aciz insan)
Yaxşı qızla, pis oğlan, dəli olmuşuq çoxdan.
Bu sevgi deyil, fırtına, ya tufan.
Gözlərindən alovlar, məni yandırıb-yaxar,
Zəng eləyin 101-ə, dostlar-tanışlar!
Qurtarın məni burdan, gizlədin məni ondan.
Onun gözləri salır yenə məni tilsimə.
Çağırın polisləri, verin onu məhkəməyə,
Oğurladığı ürəyimi qaytarsın geriyə.
Şamam dövrəmdə dövr edəndə pərvanə,
Məhv etdim onu, sonra vuruldum mən.
Səni axtaranda, sularda, dürdanəm,
Çox dərin getdim, boğuldum mən.
Əgər sevmək acizliksə, mən dünyada ən aciz insan(aciz insan)
Əgər sevmək acizliksə, mən dünyada ən aciz insan(aciz insan)
Əgər sevmək acizliksə, mən dünyada ən aciz insan(aciz insan)
Əgər sevmək acizliksə, mən dünyada ən aciz insan(aciz insan)



Writer(s): Elxan Zeynallı, Pərviz Isaqov, Vüsal Həsənov


PRoMete - 14
Album 14
date de sortie
14-02-2011




Attention! N'hésitez pas à laisser des commentaires.