Ədalət Şükürov feat. Vüqar Əbdülov & Kamran Həsənli - Sən Elə, Mən Belə (Bonus) paroles de chanson

paroles de chanson Sən Elə, Mən Belə (Bonus) - Vüqar Əbdülov , Ədalət Şükürov



Bir gün dedim: "gəl görüşək
Bakı bulvarına düşək"
Dedi ki: "Mümkün deyil
Gecdir, buraxmaz anam"
Deyinərək deyin deyin
Çatdı qaşın, atdı çiyin
Heç "sağ ol" da demədi
Çıxdı, getdi, vəssalam
Sən elə, mən belə
Düşmüşük dildən dilə
Əcəb işə düşmüşük
Sən elə, mən belə
Sən elə, mən belə
Düşmüşük dildən dilə
Əcəb işə düşmüşük
Sən elə, mən belə
Üç gün deyil, beş gün deyil
Mən ona salmışam meyil
Gündə bir on dəfə
Halını soruşuram
O da əvəzində yaman
Kefimə doğrayır soğan
Elə küsür, inciyir
Yalvarır, barışıram
Sən elə, mən belə
Düşmüşük dildən dilə
Əcəb işə düşmüşük
Sən elə, mən belə
Sən elə, mən belə
Düşmüşük dildən dilə
Əcəb işə düşmüşük
Sən elə, mən belə
Siz deyənlər nədir əşi?
Bunun lap oyundur işi
Dərdimi açsam, desəm
Qəlbin od tutub yanar
Ona baxma, buna baxma
O kim idi verdin salam?
Bundan olsa özünü
Özümə qısqanar
Sən elə, mən belə
Düşmüşük dildən dilə
Əcəb işə düşmüşük
Sən elə, mən belə
Sən elə, mən belə
Düşmüşük dildən dilə
Əcəb işə düşmüşük
Sən elə, mən belə
Gəlin, bunlardan ayrılaq
Başımıza çarə qılaq
Hərəmiz çıxaq gеdək
Öz işimizin dalına
İstər kişi, istər qadın
Duymursa sevginin dadın
O heç sevə bilməz
Vay o kəsin halına!
Siz еlə, biz belə
Düşmüşük dildən dilə
Sevgi oyuncaq deyil
Vallahi, olmaz belə!
Siz elə, biz belə
Düşmüşük dildən dilə
Əcəb işə düşmüşük
Siz elə, biz belə



Writer(s): Qoran Breqoviç, Qoran Broqviç, Vüqar əbdülov


Ədalət Şükürov feat. Vüqar Əbdülov & Kamran Həsənli - Qapı
Album Qapı
date de sortie
28-04-2003



Attention! N'hésitez pas à laisser des commentaires.