Ədalət Şükürov - Açıq Qapı paroles de chanson

paroles de chanson Açıq Qapı - Ədalət Şükürov



Artıq qovuşmuşuq...
Açıldı eşqin qapısı üzümüzə
Şadlıq ilə doldu fərəh gözümüzə
Çəkdiyimiz "ah" çəkilib dağlara
Fəsli-bahar gəldi yenə bağlara
Qurtarıb hicran dəminin müddəti
Yetdi sona eşqimizin həsrəti
Açıldı eşqin qapısı üzümüzə
Bezdirib məni külək
İsladıb yağan yağış
Mən yarımla barışdım
Sən barış, gül, danış
Mən yarımla barışdım
Sən barış, gül, danış
Dostumla görüşdüm...
Ülvidir bir-birinə olan sevgimiz
Yoxdur bizim saxta, yalan sevgimiz
Candan əzizdir bizə cananımız
Saxta deyil əhd ilə peymanımız
Həsrəti bir vaxt yaşadıq indisə
Vəslə yetirdi bizi bu hadisə
Açıldı eşqin qapısı üzümüzə
Bezdirib məni külək
İsladıb yağan yağış
Mən yarımla barışdım
Sən barış, gül, danış
Mən yarımla barışdım
Sən barış, gül, danış
Eşqim aşıb daşır...
Ayrılıq həsrət arxada qaldı
Həqiqət sonunda öz yerin aldı
Eşqimiz artıq elə bir sədd çəkib
Dərd qəmin üstdən əbədi xətt çəkib
Ayrılığa səbir elədik, nəhayət
Sonda qovuşmaq oldu bizə qismət
Açıldı eşqin qapısı üzümüzə
Bezdirib məni külək
İsladıb yağan yağış
Mən yarımla barışdım
Sən barış, gül, danış
Mən yarımla barışdım
Sən barış, gül, danış
Sağ ol, sağ ol, ay Vüqar...
Olimpiya binaları yan yana
Böyük qayğı göstərilir idmana
Gəlir ölkəmizə qızıl medallar
Açıldı bir neçə özəl kanallar
Biz "Bakı-Ceyhan" kəmərini açdıq
Avropaya günəş şüası saçdıq
Açıldı xeyli qapılar üzümüzə
Bezdirib məni külək
İsladıb yağan yağış
Mən yarımla barışdım
Sən barış, gül, danış
Mən yarımla barışdım
Sən barış, gül, danış
Qapı da açıldı...
"Bağlı Qapı" yaman düşərli oldu
İlin "Grand" mükafatını da aldı
Tanıyırdı bu xalq sənətkar bizi
Bu mahnı lap etdi populyar bizi
Nəhayət, sən Ədalətlə mən Vüqar
Həsrətin qapısına tapmışıq açar
Açıldı eşqin qapısı üzümüzə
Bezdirib məni külək
İsladıb yağan yağış
Mən yarımla barışdım
Sən barış, gül, danış
Mən yarımla barışdım
Sən barış, gül, danış



Writer(s): ədalət şükürov, Vüqar əbdülov


Ədalət Şükürov - Qoca Çinar
Album Qoca Çinar
date de sortie
15-09-2004




Attention! N'hésitez pas à laisser des commentaires.