Ədalət Şükürov - Başı Bəlalı Sevgim paroles de chanson

paroles de chanson Başı Bəlalı Sevgim - Ədalət Şükürov



Sən mənim gözlərimə bax
Gözlərimdə axtarıb taparsan sevgiyə cavab
Bəlkə də, başa düşərsən sən
Saçlarımın düzümünü pozan küləklər
Xəyalımdan keçənləri duyan ürəklər
Xoş arzular, saf duyğular, təmiz diləklər
Sənə olan məhəbbətimdir
Tənha keçən günlərimin xəyalı sevgim
İndi düşüb qismətimdən aralı sevgim
Gəl, ey mənim intizarım, bəlalı sevgim
Sənsiz qalmaq yaman çətindir
Hər sözümün, hər fikrimin özüsən
Niyə bilmək istəmirsən düzü sən?
İstəyirsən, həyatından mən gedim
Mənim başı bəlalı sevgim
Hər sözümün, hər fikrimin özüsən
Niyə bilmək istəmirsən düzü sən?
İstəyirsən, həyatından mən gedim
Mənim başı bəlalı sevgim
Hər görüşün xatirəsi sıxar qəlbimi
Çəkilməyən dəqiqələr alar səbrimi
Bir alovun dillərindən alır şam kimi
Yanıb gedən sədaqətimdir
Duya bilməz bu sevdanı həsrət çəkməyən
Bir həyatı viran edib uzaqlaşma sən
Nəyim varsa, bu sevdaya bağışlayım mən
Sənin eşqin, səadətindir
Hər sözümün, hər fikrimin özüsən
Niyə bilmək istəmirsən düzü sən?
İstəyirsən, həyatından mən gedim
Mənim başı bəlalı sevgim
Hər sözümün, hər fikrimin özüsən
Niyə bilmək istəmirsən düzü sən?
İstəyirsən, həyatından mən gedim
Mənim başı bəlalı sevgim
Hər sözümün, hər fikrimin özüsən
Niyə bilmək istəmirsən düzü sən?
İstəyirsən, həyatından mən gedim
Mənim başı bəlalı sevgim
Sən mənim gözlərimə bax
Gözlərimdə axtarıb taparsan sevgiyə cavab
Bəlkə başa düşərsən sən
Sən mənim gözlərimə bax
Gözlərimdə axtarıb taparsan sevgiyə cavab
Bəlkə başa düşərsən sən



Writer(s): Yevgeni Yudcin


Ədalət Şükürov - 10 İl, 10 Mahnı
Album 10 İl, 10 Mahnı
date de sortie
24-11-2005




Attention! N'hésitez pas à laisser des commentaires.