Ali Ashikar - Bilirdik Biz текст песни

Текст песни Bilirdik Biz - Ali Ashikar



Bilirdim səninlə alınmaz bir ömürə yol olmaq
Bilirdim sən olmasan, şeir olmaz, söz olmaz
Bilirdim eşqin özünü o yanmadıqca köz olmaz
Məni heç sevmədiyini səndən öncə bilirdim mən
Bilirdim hansı cümlələr ki, üzünü güldürürdü
Bilirdim cümlələr ki, sənin üçün özünü öldürürdü
Bilirdim bir alınmaz, amma mən gözləyirdim
mənim gözlədiyimi görmədiyini bilirdim mən
Bilirdim hər yalanın ömrü kimdə 40 gün olur
Bilirdim əvvəlin də, sonranın da yoxdur sonu
Bilirdim üzüləcəyini, salsam əgər gözdən onu
onun itirəcəyi bir mən yox idi, bilirdim mən
Bilirdim yaraşmırdıq sən mənə, mən sənə
Bilirdim gec olacağını, illər öncə desən mənə
Bilirdim "gəl" sözü düşməz səssiz gedənlərə
Gedənlərin dönmədiyini gedənlərdən bilirdim mən
Gözlərimdə qanlı yaşlar
Sənin həsrətin qəlbi dağlar, aman
yanar, sönər
buz tutan əllərin
Mənə geri dönə bilər, ah
Gözlərimdə qanlı yaşlar
Sənin həsrətin qəlbi dağlar, aman
yanar, sönər
buz tutan əllərin
Mənə geri dönə bilər, ah
Bilirdin nələri sevib, nələri sevmədiyimi sən
Bilirdin əl-ələ verib əngəli məhv etməyi
Bilirdin görüş yerini, həyacanı hiss etməyi
mənim görüş yerinə getmədiyimi bilirdin sən
Bilirdin ən gözəl hisslər yaşanır necə həvəslə
Bilirdin hansı səbəblər ki, salır məni həvəsdən
Bilirdin bilmədiyimi, ürək məndə dar qəfəsdə
mənim qaçmaq istədiyimi həmişə bilirdin sən
Bilirdin üşüdür səni əllərimin soyuqluğu
Bilirdin isitmirdi məni sənsiz gündoğumu
Bilirdin mənası yoxdur yozulan son yuxunun
Çün sənin yuxularında olmadığımı bilirdin sən
Bilirdin sonrakı peşmançılıq da fayda vermir
Bilirdin qüsurlarını, görməsəm səndə eybi
Bilirdin tutulmasını kimlərin ki, səninlə eyni
Ona görə özgələrdən özəlliyini bilirdin sən
Gözlərimdə qanlı yaşlar
Sənin həsrətin qəlbi dağlar, aman
yanar, sönər
buz tutan əllərin
Mənə geri dönə bilər, ah
Gözlərimdə qanlı yaşlar
Sənin həsrətin qəlbi dağlar, aman
yanar, sönər
buz tutan əllərin
Mənə geri dönə bilər, ah



Авторы: Eli Elesgerov


Ali Ashikar - Əyyaş
Альбом Əyyaş
дата релиза
15-03-2017




Внимание! Не стесняйтесь оставлять отзывы.