Ali Ashikar - Əyyaş текст песни

Текст песни Əyyaş - Ali Ashikar



Bir gün səni itirəcəyimi bildiyimçün
O qədər rahat idim ki
O gün gəldi çatdı, itirdim
Məni bir daha sən axtarmadın ki
İki yer boş qaldı hər zaman
Səndən sonra da çox oldu, lakin
Amma kimləsə sən qədər olmadı
mümkündür axı unutmaq ilki?
İl kimi gəlir indi hər günüm
etsəm belə, mən öyrəşə bilmədim
Gör kimə görə kimi itirmisən sən?
Yad kimi rəsminə söykənir əllərim
Hər gülü dərmədim ki, yar bağında
Sənə tay olan başqa birini tapmayım
Bir neçə qurtum sevgi, bir az sən
Bir neçə mahnı da kədərini saxlayır
Bir gecə ağılda səs-küyün ağlayır
Otağım darmadağın, boş külqabı
İçkili halda da düşünmürəm səni
Əyyaşdır bədəni, ruhu torpağın
Quru bir salamdan heç qalmayıb
O da məni sevib, amma, heç axtarmayıb
Bir dəfə olsun məni yada salıb da
Ağrılarımla maraqlanmayıb
Ən az mən qədər sevə bilər insan
Ən az sən qədər dəyişə bilər
Gəl, az bir müddətim qalıb sənə çatmağa
Bəlkə yollar kəsişə bilər
Ya da yuyub aparar yağış ətrini gətirən
Boz küçələrdəki xatirəni
Sənin məndə bir xətrin qalıbsa
O da gözlərinin xətrinədir
Yazıram vərəqə o gözəl gözlərindən yenə
Deyiləm hisslərimdən dönən
Düşürəm əllərindən yerə
Ki, görən olmasın
Yazıram vərəqə o gözəl gözlərindən yenə
Deyiləm hisslərimdən dönən
Düşürəm əllərindən yerə
Ki, görən olmasın
Bir-birimizi bizə düşmən edərdin
Bir səni isidər, minin üşüdərdim
Gözdən axıb sən ürəyə düşərdin
Mən tək səni yox, bizi düşünərdim
Bizi üşüdərmi ki, yağan yağış
Əgər əllərim üstünə çətir tutarsa?
Mən sənə necə deyim ki, gəl?
Necə məcbur edim səni, qəlbin onunsa?!
Səndən mənə yadigar bir-iki rəsm
başqa da heç nəyin qalmayıb
Düşünmə sən mənim vaxtımı almısan
Səni sevmək mənim vaxtımı almayıb
Gözəl günlər keçirmişik
Neçə özəl günlərdə görüşmüşük?
Biz sıradan günləri qeyd edən
İki insan kimi illəri bölüşmüşük
Bir gün səni gecə görərəm qoca
Mənim üzüm qədər sənin əllərin qırış
Yadımda bir neçə mürgülü xatirə
Yanında bir körpə gözlərin tanış
Silib artıq məni yaddaşından
Ona doğma gəlir mənə yadlaşanlar
İtirmişəm səni çoxdan, bəlkə
Tapa bilməmişəm heç ən başından
Özlüyündə sən haqqlısan
Sevə bilməzdin mən kimi birini
Mən səni incitməməliydim
Olmamalıydın qurbanı dilimin
Çəkirəm indi peşmançılığın
Fayda vermədiyini bildiyim halda
Heç olmamış kimi davranar
Amma gözdən kənarda inciyib, ağlar
Yazıram vərəqə o gözəl gözlərindən yenə
Deyiləm hisslərimdən dönən
Düşürəm əllərindən yerə
Ki, görən olmasın
Yazıram vərəqə o gözəl gözlərindən yenə
Deyiləm hisslərimdən dönən
Düşürəm əllərindən yerə
Ki, görən olmasın



Авторы: Ali Alasgarov


Ali Ashikar - Əyyaş
Альбом Əyyaş
дата релиза
15-03-2017




Внимание! Не стесняйтесь оставлять отзывы.