Ali Ashikar - Üzbəüz текст песни

Текст песни Üzbəüz - Ali Ashikar



Ara bir zəng et mənə
Özün bilirsən ki, heç bir işim düz getmir
Daha taqətim yoxdur o yolu bir tək getməyə
Çün, bizə xoş gün yaşadanlar gedəndə xoş getmir
Gözündə gözüm qalıb
Mən sənə hələ vurğunam, ürəkdə sözüm qalıb
Güzgüdə üz cizgilərin, otaqda səsin qalıb
Yadımda son cümlələrin, "əlvida" sözün qalıb
Gedənlər unudulmur
Gedənlər elə gedir ki, dönəcəyinə bir ümid olmur
Ona görə saatlarla gözləməyinə dəyməz onu
Görən hər şeyin bir sonu var deyəmi sevgi sonsuz olur?
Səni mənsiz görəndə niyə görən mən ölməmişdim?
Niyə bizi ayıranlar dar günümüzə gəlməmişdi?
deyər deyə düşünürdüm məni sənsiz görənlər?
Utanıb yerə girmişdim səni mənsiz görəndə
Gündən-günə dəyişir həyat
Birdən-birə yerə düşürəm
Mənsiz gecələri üşüyən
Bəlkə sənsən yenə məni düşünən
Gündən-günə dəyişir həyat
Birdən-birə yerə düşürəm
Mənsiz gecələri üşüyən
Bəlkə sənsən yenə məni düşünən
Özümlə barışmıram
O həddə çatmışam ki dözümdən heç danışmıram
Qaldı ki sənlə barışmaq həyata küsmüşəm mən
Bildiyin sular dayaz dərinlikdə üzmüşəm mən
Əlimi əllərindən üzmüşəm mən
sevginin soyadı, ayrılığın adı yoxdur
Daha təəccüblü deyil neçə belə üz görmüşəm mən
yağan yağışların, damcıların dadı yoxdur
Son dəfə güldüyüm heç yadıma gəlmir
əllərim qələmə, qələm kağıza dəymir
Bəlkə sona yaxınam, uzaqlarda yol görünür
Ayağım dasa ilişir, di gəl başım daşa dəymir
Hər etsəm olmur yəni
qədər yoxlamışam, səndən sonra alınmayıb
Duyğular yığılır içimdə, birləşib gözdən gəlir
İllər sonra tanımayacaqsan bəlkə görsən məni
Gündən-günə dəyişir həyat
Birdən-birə yerə düşürəm
Mənsiz gecələri üşüyən
Bəlkə sənsən yenə məni düşünən
Gündən-günə dəyişir həyat
Birdən-birə yerə düşürəm
Mənsiz gecələri üşüyən
Bəlkə sənsən yenə məni düşünən
Gündən-günə dəyişir həyat
Birdən-birə yerə düşürəm
Mənsiz gecələri üşüyən
Bəlkə sənsən yenə məni düşünən
Gündən-günə dəyişir həyat
Birdən-birə yerə düşürəm
Mənsiz gecələri üşüyən
Bəlkə sənsən yenə məni düşünən



Авторы: Ali Alasgarov


Ali Ashikar - Üzbəüz
Альбом Üzbəüz
дата релиза
30-01-2018




Внимание! Не стесняйтесь оставлять отзывы.