Aygün Bəylər - Özün Günahkarsan текст песни

Текст песни Özün Günahkarsan - Aygün Bəylər



İllər boyu həsrətimi duymaz oldun
İllər boyu kədərimi bölmədin
Çox vaxt güldüm ağlayaraq için-için
Bircə sözlə göz yaşımı silmədin
Soyuqluğun buz olanda yanağımda
Nəfəsinlə başqasını isitmisən
Sənsizliklə yaşadıqca otağımda
Sən məni bir otaqda itirmisən
Bəs bilmirdin, həsrətinlə ürəyimə
Həsrətinin əvəzinə daş asırsan?
Bəs bilmirdin, özün mənə yad olduqca
Mənimçün yavaş-yavaş yadlaşırsan?
Soyuqluğun buz olanda yanağımda
Nəfəsinlə başqasını isitmisən
Sənsizliklə yaşadıqca otağımda
Sən məni bir otaqda itirmisən
Yad baxışlar dikilibdir gözlərinə
Sənsə mənə peşman qəlb gətirmisən
Necə verim sabahımı, necə sənə?
Sən ki mənim dünənimi itirmisən
deyim, nə? Bir ummandın mənim üçün
Heç xəbərin olubmudur ürəyimdən?
Damla kimi yaşadıqca özgə qəlbdə
Gözlərimdən damla-damla süzülmüsən
Bəs bilmirdin, unutdun bu gününü
Bir gün yenə bu ocağa dönəcəksən?
Bəs bilmirdin, dodaqlarda alışanda
Mənim üçün ürəyimdə sönəcəksən?
deyim, nə? Günahını qaytar mənə
Ürəyimdə yanar bir od söndürmüsən
Damla kimi yaşadıqca özgə qəlbdə
Gözlərimdən damla-damla süzülmüsən
Bəs bilmirdin, həsrətinlə ürəyimə
Həsrətinin əvəzinə daş asırsan?
Bəs bilmirdin, özün mənə yad olduqca
Mənimçün yavaş-yavaş yadlaşırsan?
Soyuqluğun buz olanda yanağımda
Nəfəsinlə başqasını isitmisən
Sənsizliklə yaşadıqca otağımda
Sən məni bir otaqda itirmisən
Deyirsən ki, dəyişmişəm, yadlaşmışam
Səsimdə bir ögeylik duydun mənim
Unutma ki, unutma ki, ögeyliyim, yadlaşmağım
Həm günahın, həm cəzandır indi sənin
Həm günahın, həm cəzandır indi sənin
Özün günahkarsan... Özün günahkarsan
Günahkarsan




Aygün Bəylər - Estrada İfaları
Альбом Estrada İfaları
дата релиза
30-04-2024




Внимание! Не стесняйтесь оставлять отзывы.