Badclause - Ekstaz текст песни

Текст песни Ekstaz - Badclause




Adətən kimisə sevəndə çox sevirik olub təslimi
Bəzən doğmalar çıxır gedir yolun kəsmirik
Bir gün xoşbəxtik qalan günlər onun tərsidir
hər şey yoluna düşdüyü anda keçir otun təsiri
Xoş günə gedən qayıqda azdırır külək yolumu
Ayrılsaq da mən gülürəm, güldüyünü biləndə onun
Dolduqca bakal, dolur gözlərim, amma ürək dolmur
bəzən tək ağlamaq kimləsə gülməkdən zordur
Hmm... Yadlaşıram şeirlərimlə
Hər gün daha da ümidsiz keçir heyiflə illər
Səmimiyyət uzaqlaşır, addım addımın ardıyca
Soyuq gecələr isə daha xoş isti səhərlərindən
Bir badə şübhə yox, eşqlə tam dolmalıdır
Hər şey yaxşı olacaq-la olmur, icraat olmalıdır
Başa saldım ki, həmişə düzü deyib, üzü olmalıdır
İnsan hər yalanı yeməməlidir, damaqda dad olmalıdır
Atamla bir qocalırdım, yaşım hələ gənc ola-ola
Yaşamaq istəmirdim, yalnızlığıma qərq ola-ola
Deyirdi zirvəyə can atma, yamaclarında dolan
Sən insanlığını qoru əsas, sonrasına olar-olar
... Yazar qələm, kəlmə tükənməz
Aynalar pərişan, əksim ilə hər görüşəndə
Mən yenə məndən uzaq, qəliz, bircə sənlə mükəmməl
Nədənsə hələ can yanır, sətirdən sətirə düşəndə
Ya bitib artıq həyat, ya insanlıq başlamayıb hələ
Buralar cəhənnəmdi, xoş günlər qanlı səhifədə
Birinə gülüş bəxş eliyən tale, başqa birinə qəm
Verdikcə, hüznlü olacaq həyat şeirlər qədər




Badclause - Ekstaz
Альбом Ekstaz
дата релиза
25-03-2020

1 Ekstaz



Внимание! Не стесняйтесь оставлять отзывы.