Eyyub Yaqubov - Son Bahar текст песни

Текст песни Son Bahar - Eyyub Yaqubov



Həyatın mənası sevgi, məhəbbət olmuş
Sevgisiz dünyanın eşqi, gülləri solmuş
Bir ümid gözləyir, yanır könüllər
Yanırıq ikimiz ondan bixəbər
Yanırıq ikimiz ondan bixəbər
Özümüz bilmədik - həsrət, intizar gəldi
Sevgi qismətinə qəfil son bahar gəldi
Bəs necə yaşayım, söylə, mən sənsiz?
Dağlar da heç olmur dumansız, çənsiz
Dağlar da heç olmur dumansız, çənsiz
Məhəbbət oyuncaq deyil, biz dəcəl uşaq
Biz elə küsmüşük, çətin bir barışaq
Bəxtimin günəşi əbədi söndü
Sevginin yolları zülmətə döndü
Sevginin yolları zülmətə döndü
Məhəbbət əzəldən sanki yox imiş
Bu ülvi sevgimiz xəyal, yuxuymuş
Bir yerdə əsiri olduq həsrətin
Sevgili günləri unutmaq çətin
Sevgili günləri unutmaq çətin




Eyyub Yaqubov - Eyyub Yaqubov, Vol. 2
Альбом Eyyub Yaqubov, Vol. 2
дата релиза
11-02-2008




Внимание! Не стесняйтесь оставлять отзывы.