Mirzə Babayev - Dur Qaçaq, Oğlum текст песни

Текст песни Dur Qaçaq, Oğlum - Mirzə Babayev



Vah, bu imiş dərsi-üsuli-cədid?
Yox, yox, oğul, məktəbi-üsyandır bu
Molla deyil bundakı təlim edən
Əlhəzər et, bir yeni şeytandır bu
Dur qaçaq, oğlum, baş-ayaq qandır bu
Elm adına bir quru böhtandır bu
Dur qaçaq, oğlum, baş-ayaq qandır bu
Elm adına bir quru böhtandır bu
Gör, necə alt-üst eləyib şeyləri
Döndərib "a, b"-ə "əlif-bey"-ləri
Bidətə bax "ya" oxudur "ey"-ləri
Sanki hürufat ilə düşmandır bu
Dur qaçaq, oğlum, baş-ayaq qandır bu
Kafirə bax, gör, bədimandır bu
Dur qaçaq, oğlum, baş-ayaq qandır bu
Kafirə bax, gör, bədimandır bu
Diqqət edib baxsan əgər dərsinə
Hər sözü təlim eləyir tərsinə
Dəyməz о bir paslı dəmir ərsinə
Min desə dürci-zərəfşandır bu
Dur qaçaq, oğlum, baş-ayaq qandır bu
Elm adına bir quru böhtandır bu
Dur qaçaq, oğlum, baş-ayaq qandır bu
Elm adına bir quru böhtandır bu
Bir görürsən ki, olub heyvərə
Əlli uşaq banladı birdən-birə
Dərs deməsən, gülməli bir məsxərə
Molla demə, məsxərəcünbandır bu
Dur qaçaq, oğlum, baş-ayaq qandır bu
Kafirə bax, gör, bədimandır bu
Dur qaçaq, oğlum, baş-ayaq qandır bu
Kafirə bax, gör, bədimandır bu
Bundan əzəl böylə deyildi səyaq
Dərs oxudan mollada vardı ləyaq
Molla qoyardı başına şiş papaq
Öylə ki, bir fazili-dövrandır bu
Dur qaçaq, oğlum, baş-ayaq qandır bu
Elm adına bir quru böhtandır bu
Dur qaçaq, oğlum, baş-ayaq qandır bu
Elm adına bir quru böhtandır bu
İndi bütün dolanıb lağlağa
Dərs oxudur hər başı fəsli çağa
Etdiyi tədrisi ilan-qurbağa
Dərs deyil, hərzəvü hədyandır bu
Dur qaçaq, oğlum, baş-ayaq qandır bu
Kafirə bax, gör, bədimandır bu
Dur qaçaq, oğlum, baş-ayaq qandır bu
Kafirə bax, gör, bədimandır bu



Авторы: Mirzə ələkbər Sabir, Ramiz Mustafayev


Mirzə Babayev - İfalar, Vol. 2
Альбом İfalar, Vol. 2
дата релиза
12-09-2023




Внимание! Не стесняйтесь оставлять отзывы.