Mirzə Babayev - Oxutmuram, Əl Çəkin текст песни

Текст песни Oxutmuram, Əl Çəkin - Mirzə Babayev



Bəs ki, uşaqdır hələ, yaxşı-yaman sanmayır
Elmin əbəs olduğun anlamayır, qanmayır
Sair uşaqlar kimi hər sözə aldanmayır
Sair uşaqlar kimi hər sözə aldanmayır
Eyləyir ömrün hədər, oxutmuram əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Uşaq mənimdir, baba, dəxli nədir sizlərə?
Kim sizi qəyyum edib, hökm edəsiz bizlərə?
Yatmaram əsla belə dinə dəyər sözlərə
Yatmaram əsla belə dinə dəyər sözlərə
Bir kərə qan, müxtəsər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Bəsdir, cəhənnəm olun, bunca ki, aldatmısız
İndi beş ildir, tamam dinimə əl qatmısız
Sevgili övladımı kafirə oxşatmısız
Sevgili övladımı kafirə oxşatmısız
Duydum işin sərbəsər, oxutmuram əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Heç dəxli var?
Satmaram öz əqlimi siz kimi laməzhəbə
Razıyam oğlum gedə qəbirə, ki məktəbə
Məktəb adın çəkməyin, mələbədir, mələbə
Məktəb adın çəkməyin, mələbədir, mələbə
Əlhəzər, ondan həzər, oxutmuram əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Dinə zərərdir, zərər, oxutmuram, əl çəkin!



Авторы: Mirzə ələkbər Sabir, Zakir Bağırov


Mirzə Babayev - İfalar, Vol. 2
Альбом İfalar, Vol. 2
дата релиза
12-09-2023




Внимание! Не стесняйтесь оставлять отзывы.