Murad Arif feat. Dan Ulduzu Orkestri - Şən Azərbaycan текст песни

Текст песни Şən Azərbaycan - Murad Arif



Qoy mən yenə söhbət açım ilk baharımdan
Nəğməm ilə bir keçim öz diyarımdan
Qoy mən yenə söhbət açım ilk baharımdan
Nəğməm ilə bir keçim öz diyarımdan
Bol bəhrəli Muğan düzü, Mil düzü, Şirvan düzü
Gəl-gəl deyir şən Azərbaycan
Tər gülləri şəfalıdır, Göygöl səfalıdır
Hər yanı gülşən Azərbaycan!
El qızları düzüm-düzüm Kür qırağında
Min gül açır Gəncəmizin hər budağında
Dost elləri Qarabağın dağ vüqarlıdır
Gen çölləri bu torpağın xoş baharlıdır
Bol bəhrəli Muğan düzü, Mil düzü, Şirvan düzü
Gəl-gəl deyir şən Azərbaycan
Tər gülləri şəfalıdır, Göygöl səfalıdır
Hər yanı gülşən Azərbaycan!
Hər damlası layla çalan göy Xəzərin var
Hər ulduzu nəğmə olan min şəhərin var
Keçdim yenə çiçək-çiçək hər mahalından
Öz yurdumun doymaz ürək yüz vüsalından
Bol bəhrəli Muğan düzü, Mil düzü, Şirvan düzü
Gəl-gəl deyir şən Azərbaycan
Tər gülləri şəfalıdır, Göygöl səfalıdır
Hər yanı gülşən Azərbaycan!
Hər yanı gülşən Azərbaycan!
Hər yanı gülşən Azərbaycan!




Murad Arif feat. Dan Ulduzu Orkestri - Şən Azərbaycan - Single
Альбом Şən Azərbaycan - Single
дата релиза
10-03-2023




Внимание! Не стесняйтесь оставлять отзывы.