Orkhan Zeynalli - Gəl Gedək - Live текст песни

Текст песни Gəl Gedək - Live - Orkhan Zeynalli



Gəl gedək, ulduzlar rəqs edər bizim üçün orda
Gəl gedək, ayaqyalın mavi dəniz sahilində
Gəl gedək, orda insanlar yoxdur, deməli yoxdur dərd
Gəl gedək, əlimdən bərk yapış, gəl gedək
Gəl gedək, orda çiçəklər göyərçinlər
Gəl gedək, sərin sulu bulaq, yaşıl çəmənliklər
Gəl gedək, at bu qaranlıq şəhəri birdəfəlik
Gəl gedək, canım, gəl gedək, gözüm, gəl gedək
Gəl gedək, əbədi yaz küləklər ilə bizə qonaq gələr
Günəş saçar saçaqlarıyla saçlarını darar, hörər
Bəyaz atlar isti qumlarda gəzdilər bizi
Sonsuz meşə, öz içində azdırar bizi
Gözləyər bizi sərin kölgəsilə uca çinar
Gəl gedək, meyvə bağlarında ağaclarda bar
Gəl gedək, orda qayaqlarda ceyranlar qaçır
Hava təmiz, hər tərəf işıq, səma açıq
Gəl gedək, orda yoxdur yorulmaq ağrımaq
İstəsən bacarmazsan orda ağlamaq
Gəl gedək, buludlar töksün hərdən şirin yağış
Sanki rəssam əlilə çəkilib orda hər qarış
Saatlarda dinləyək dalğaların səsini
Sahildə bizdən başqa ayaq izi yox heç kəsin
Yuxu kimi hər bağça doldu əlvan ətirlərlə
Gəl gedək, gəzdirim səni sehirli nağıllarda
Apar məni
Sıxır bu qara şəhər məni
Sahilə çırpınır dalğalar
Bezmişəm canım, apar buralardan məni uzaqlara
Qar məni yandırır, titrədir ocaqlar
Qapısı bağlı boş otaqda
Qalmışam, canım, apar buralardan məni uzaqlara
Qaranlığıma xoş gəldin, şəhərə qış gəldi
Vəhşilər yarımadası büründü əbədi zülmətə
Hər küçənin öz ağrısı var, gözünə yaş gəldi
Daş binalar heç oxşamır rəngarəng cənnətə
Burda sevgi imkansız
Azadlıq zindansız mümkün olmur burda
Çünki insanlar çox vicdansız
Hər baxış da sərt baxışdır
Hamının içini qurd yeyir
Çürümüş ürəklər şəhəri düzələ bilməz üsyansız
Gəl gedək, yaxşılar ölkəsində, orda yoxdur dərd
Gəl gedək, varlı, kasıb eyni, heç kəs olmur pərt
Gəl gedək, buludların içində tapaq o ölkəni
Gəl gedək, canım, gəl gedək, gözüm, gəl gedək
Gəl gedək, orda insanlar yalan danışmır
Hər kəs öz işində, heç kəs heç kəsin işinə qarışmır
Yoxdur padşahlar, yoxdur nökərlər, yoxdur cinayət
Gəl gedək, orda yox rüşvət xəyanət
Danışır eyni dildə hamı, yoxdur millətlər
Hər kəs eyni, yoxdur fərqli dinlər
Heç kəs orda tutmaz səndə eybi
Yoxdur paxıllıq oğurluq, yoxdur içkilər
Yox qumar, yox söyüş, zəhərli bitkilər
Gəl gedək, qaranlıq şəhərin tüstülərində
Boğulmaqdansa yataq Cənnət istilərində
Körpə uşaqlar kimi, zərif, incə sətirlərdə
Gəl gedək, gəzdirim səni sehirli nağıllarda
Apar məni
Sıxır bu qara şəhər məni
Sahilə çırpınır dalğalar
Bezmişəm canım, apar buralardan məni uzaqlara
Qar məni yandırır, titrədir ocaqlar
Qapısı bağlı boş otaqda
Qalmışam, canım, apar buralardan məni uzaqlara
Apar məni
Sıxır bu qara şəhər məni
Sahilə çırpınır dalğalar
Bezmişəm canım, apar buralardan məni uzaqlara
Qar məni yandırır, titrədir ocaqlar
Qapısı bağlı boş otaqda
Qalmışam, canım, apar buralardan məni uzaqlara
Apar məni
Sıxır bu qara şəhər məni
Sahilə çırpınır dalğalar
Bezmişəm canım, apar buralardan məni uzaqlara
Qar məni yandırır, titrədir ocaqlar
Qapısı bağlı boş otaqda
Qalmışam, canım, apar buralardan məni uzaqlara



Авторы: Elxan Zeynallı


Orkhan Zeynalli - "40-cı Paralel Konserti" (Live Version)
Альбом "40-cı Paralel Konserti" (Live Version)
дата релиза
20-02-2023




Внимание! Не стесняйтесь оставлять отзывы.