PRoMete feat. Cəmilə Əhmədzadə - Bəs Indi текст песни

Текст песни Bəs Indi - Promete feat. Cəmilə Əhmədzadə



Bu soyquluq üşüdür, üşüdüm, üşüdüm
Bu səssizlik kar edir, var idin, bəs indi?
Əllərin dondurur üzümə toxunma uzaqda dur,
Yoluma çıxma sən, bu qədəri bəsimdir
Təcrübə sevgidə yaramır heç bir işə
Sevgi oyunlarında yer yox vərdişə
Hər dəfə eyni halqaları fırlanmalı olursan
oyundan çıxırsan əgər yorulsan
Burulğan olur ancaq hər şeyin əvvəlində
Həvəslənirsən qeydlər eliyirsən dəftərində
Sənə bağışlanır səhvlərin
Sevinirsən ki sevilirsən səhvlərinlə belə
Amma hər şey dəyişir həftələrlə
Günlərlə saniyələrlə
Həyat dolmağa başlayır maneələrlə
İçində baş verən şübhələrlə oyanırsan gecələr
Anlaya bilmirsən bu qarışıq hadisələr
Qapanırsan, hər şeydən sən soyuyursan
Kənardan izləyərək anlamağa qoyulursan
Ya cəhənnəm istisində yanaraq kül olursan
Ya da soyuqdan iliklərinə qədər donursan
Bu soyquluq üşüdür, üşüdüm, üşüdüm
Bu səssizlik kar edir, var idin, bəs indi?
Əllərin dondurur üzümə toxunma uzaqda dur,
Yoluma çıxma sən, bu qədəri bəsimdir
Küsmək barışmaq, bu bəzəyidi sevginin,
Amma əgər hər küsəndə dəyişmirsə sevgilin
Sən sevmək nədir bilirsənsə arifsən onda
Bilirsən dərin batan tikanı var hər gülün
Hər bir günün dəyəri başqadır sən sevəndə
Sanki bütün dünya gülür bunu sən istəyəndə
Fəsillərdən olur olsun heç bir fərqi yox
Sənə xətər gəlmir soyuqdan istidən
Son söz bil heç vaxt deyil sənin son söz,
Sən ancaq deyərək korlaya bilərsən ön söz
Kin yığmaq, başına cin vurmaq özündən çıxmaq
Axmaqlıq sən heç nəsən sevgidə dözümsüz
qədər dözümün var ondan çox dözəcəksən,
Elə bilmə ayrıldın daha tənha üzəcəksən
Əgər daddınsa bircə dəfə dadını
Adını çəkib gözünü yumub sora köçəcəksən
Bu soyquluq üşüdür, üşüdüm, üşüdüm
Bu səssizlik kar edir, var idin, bəs indi?
Əllərin dondurur üzümə toxunma uzaqda dur,
Yoluma çıxma sən, bu qədəri bəsimdir




PRoMete feat. Cəmilə Əhmədzadə - Köhnə Mahnılar
Альбом Köhnə Mahnılar
дата релиза
13-02-2013



Внимание! Не стесняйтесь оставлять отзывы.