Текст песни Qəribə Vaxtlar - Promete feat. Anar Nağılbaz
Fikirlər
– onlar
heç
vaxt
gəlmir
qəfildən
Onlar
şüuraltına
çökmüş
şəkillər...
Bəzən
illər
lazım
olur
bir
ideyanı
tamamlamaqçün
Amma
hər
gün
oturub
bir
şey
qaralamaqçün
Ətrafda
səbəblər
çox.
Həyat
tələblər
çox
Yaşlanırıq
– sevinc
əvəzi
gərilir
əsəblər
çox
Kim
deyir
ki,
"yaşlı
olur
müdriklər",
yox!
Tanıdığım
cavanlar
da
var:
Uşaqlığımın
qəhrəmanı
Anar
Fikirləriylə
formalaşırdı
cavanlar,
vaxt
var
idi
Qəribə
vaxtlar
idi,
axşamlar
həyətə
düşərdi
hamı
Xəbərləri
bölüşməkçün
Az
qalıb
surroqata
dönüşməkçün
İnsanlar
çox
dəyişib.
Bu
pisdir,
yoxsa
yaxşı?
Hərənin
öz
baxışı
Fərqli
baxışların
səbəbkarı
həyat
naxışı
Kimdəsə
cütdür
maşın
Kiminsə
yox
balışı
Kimsə
sevir
yağışı...
Kiminsə
birdir
həyata
gəlişiylə
alışı
Kimdəsə
çoxdur
yaxşı,
kimdəsə
yoxdur
yaxşı
Kimə
qurmaq,
kimisinə
də
soxasoxdur
yaxşı
Hərənin
öz
baxışı,
hərənin
öz
naxışı
Bir
də
vaxt
var
idi,
yaxşı
vaxtlar
idi
Yolumuz
işıqlı,
ətrafımız
dostlar
idi
Enerji
çox,
sual
çox,
işimiz
aşkar
idi
Elə
fikirləri
formalaşdıran
insanlar
idi
Bizə
dövrümüz
deyildi
qeyri-adi
Adi
gəlirdi
bizə
əhvalatı,
hərəyə
bir
qaraltı
Hərənin
öz
saatı,
çatırdı
imkanatı
Kiçik
bir
dövlətin
insanlarının
böyük
həyatı
Böyükdü
sualları,
böyükdü
duaları
Kiçikdi
böyük
dövlətlərlə
dostluq
xəyalları
Ölüb
gedir
ərlər,
yüz
il
eyni
xəbərlər,
fərqli
ifa
eyni
əsərlər...
Əslində
kiminsə
yüz
il
əvvəl
yazdığı
sətri,
deyirik
bu
gün
fərqli
Budur
bizim
dövr.
Bilinmir
hələ
tarixdə
necə
edəcək
izim
dövr
Hmm,
dostum
Mete,
ötür
siqareti
Bəlkə
sadəcə
bir
flashcard-ıq
biz,
xəbər
ötürücü...
Bəlkə
xatirələrimizin
gücüdür,
sözlərin
gücü...
Həyata
maraq
edən
biri
var
idi
– mənəm
o
Ətrafı
xanımlar,
dostlar
idi
– mənəm
o
Bu
gün
bəzi
ölüb,
bəzi
başqa-başqa
diyarda
Bəzi
başqa-başqa
fikir,
başqa-başqa
xəyalda
Dəyişir
həyat,
qəbulum
dəyişir
Qovluqlar
yeni,
fikirlər,
şablon
dəyişir
Gözəllər
gözəlləşdikcə
abrım
dəyişir
Üsullar
köhnə
üsuldur,
sabun
dəyişir
Nə
yaxşı
var
ritm,
bu
gün
səninlə
dedim
Təbiətdən
törəndik,
yenə
ruh
təbiətin
Cəmiyyətə
qaynayıb
qarışmalı,
alışmalı
Keçmişi
unutmayıb,
bu
gününlə
barışmalı
Ya
da
fikirlərini
paylaşıb,
bir
toplaşmalı
Yeni
bir
məna
üçün
qırışmalı,
savaşmalı...
Gözlərimiz
yol
çəkir,
axır
axın-axın
fikir
Başqadır
fəlsəfəsi
– insanlar
birdir...
İnsanlar
birdir
və
insanlar
bilmir
İnsanlar
bildiyi
həqiqətləri
dinmir
Bəlkə
bildiklərmizi
biz
paylayaq,
hamı
bilsin?!
Bəlkə
də
bu
ən
böyük
tilsimdir
ki,
Kimsə
edib
bizi
dilimizə
təslim
Bu
bir
tərslik
Və
bu
barədə
yoxdur
heç
bir
ədəbiyyat,
heç
bir
dərslik
Həyatımızı
bürümüş
sərt
bir
nəhslik
Niyə
üzümüzə
qırışlarla
birgə
qonur
səssizlik?!
Kimsəsizlik,
tənhalıq
Darıxmaq
hissinin
özü
üçün
darıxmaq
Suallar
burulğanında
vurnuxmaq
Hər
şeyin
yaxşı
olacağı
barədə
inam
hissi
uzaqlarda
Artıq
əvvəlki
tək
sevinc
vermir
uşaqlar
da
Daha
yumuşaq,
daha
həzin
musiqilər
qulaqlarda
Daha
axmır
göz
yaşı
da
yanaqlardan
İçəriyə
yol
tapıblar,
ümidlərə
yem
olublar
Ümidlərsə
hələ
də
sağdır
Yaşsa
sayır
əksimizə
Güzgülərdə
yadlaşırıq
əksimizə
Artıq
varan
da
yox
fərqimizə
Nəzərlərdə
yox
oluruq
Özümüzə
dost
oluruq
Mümkünsüz
hadisələr
baş
verirlər
Itirilməz
insanlar
baş
daşına
çevrilirlər
Ömür
nədir?
Fikirlərin
qoynunda
səfərlər
Fikirlər
– onlar
heç
vaxt
gəlmir
qəfildən
1 Sonu Görünməyən Yol
2 Unjudgeable
3 Yazmır H.O.S.T
4 Intro
5 Səs
6 Əyri Otur, Düz Danış
7 Tonus
8 Beat My Hit
9 Danışan Notlar
10 Nəbz
11 Mən Özüm
12 Hər Yerdə
13 Sehrli
14 Son Bahar
15 Bəs Indi
16 Qəribə Vaxtlar
17 Illuziya
18 Tamaşa
19 Mikrofon Kütlədə
20 Manqurt
21 Outro
Внимание! Не стесняйтесь оставлять отзывы.