PRoMete feat. L-Mir - Son Bahar текст песни

Текст песни Son Bahar - L-Mir , PRoMete



Yağırsa qar narın,
Əsirsə külək, hələ bu
Demək deyil ki, baharım
Yaşayır sonunu.
Bakı, 2011, noyabr.
Bu qış hər ilkindən daha tez qar yağır.
Pəncərələrdən kim baxırsa,
Üzündən gülüş axır.
"Biz hələ deyilik qışa hazır"
Deyən yaşlılar da bu qarda qəribə bir ümid
Tapır.
Mənim ilhamım isə yaşayır hələ bahar.
Qış döysə qapı,
Əsl vaxtıdır yatmağın yataqda qucaqlayıb
Kitabı.
Mənim mürgülü Bakım,
Necə fərqlidir sənin hər bir sabahın.
Bir səhər qar dolu hər tərəf,
Bir səhər isə Gün səmada,
Mən piyada bu küçələrini çox gəzdim,
Hər küçədə var izim (var izim).
Yağırsa qar narın,
Əsirsə külək, hələ bu
Demək deyil ki, baharım
Yaşayır sonunu.
Bəlkə Bakıda qış soyuq keçir hər il,
Amma nəfəsdən gələn buxar buna deyil dəlil.
Əgər həll edirsə çox şeyi uzun qollar,
Şəhərə qar yağmasa da olar.
İçimdəki hava stereotiplərdən kənar.
Sinoptiklər bu dəfə deyəsən yanıldı.
Məndə hələ düzgün getməyən nələrsə var.
Səndə bəs ürəkdən sevmək neçə dəfədən
Alındı?
Gözləmə otağı, taksi, gözəllik salonu,
Bu soyuqda tək qalanda yada sal onu,
Üzündə təbəssüm, fikrin adsız barmaqdadır,
Səhvin onun kimi birisini axtarmaqdadır.
Deyirlər, bir dəfə səhv edən, ikincidə yanılmaz.
Həyatsa hər şeyin əksini göstərən yaramaz.
Bəlkə Bakıda qış soyuq keçir hər il,
Ancaq diqqətdən kənar qalır ən vacib amil.
Yağırsa qar narın,
Əsirsə külək, hələ bu
Demək deyil ki, baharım
Yaşayır sonunu.
Əhvalın sürüşkən olanda hardan
Biləsən gözləyəsən bu havadan?
Sənə isti görünə bilər qar da
Evdəki soyuqluq götürülsə aradan.
Səbəbi özün tap ki, günəş çıxsın,
İsidən kəlmələr dilinə yatsın.
Hər şey yaxşıdır, artıq hirslənmirəm.
Sən yat, mən hələ ki istəmirəm.
Yağırsa qar narın,
Əsirsə külək, hələ bu
Demək deyil ki, baharım
Yaşayır sonunu.



Авторы: Parviz Promete Isagov


PRoMete feat. L-Mir - Köhnə Mahnılar
Альбом Köhnə Mahnılar
дата релиза
13-02-2013



Внимание! Не стесняйтесь оставлять отзывы.