Qaraqan - Adəm və Həvva текст песни

Текст песни Adəm və Həvva - Qaraqan



Səni tanımamış yaşıyırdım günəşi görmədən
Səni dəli kimi sevmək, sevgi nədi bilmədən
Sonu uçuruma aparan bu yoldan dönmədən
Biz anlamadan, biz inanmadan bir yerdəyik
Bir ruhumuza bəsdi iki bədən...
Basdırmaq içimdəki ağrıları dinmədən
Gəl yalan danışmağı öyrənənə qədər gizlədək...
Biz bu qədər fərqli adamlarıq sən mən
Fərqli dünyalardan biz yad insanlar, fikirlər ayrı
Əks yollarımz, dərəcə yüz səksən...
Yağış altında islanıb gülərkən səndə tapmışdım özümü
Amma dəyişdikcə bizim arzular dəyərlər, səndə görmürəm güzgümü
Hədəflər
Sənin istədiklərin yox məndə
Sənə lazım başqa pullar, mənə başqa bədənlər
Sənə lazım enmək yerə, mənə lazım cənnət
Həsrət, ürəyim qoymur ayrılım səndən...
Gəl çəkək geriyə zamanı, dadmadan qadağan meyvəni yenidən
Yeni bir nağıl...
Məni qəfəsindən burax, bizim sevgimiz günah...
Gəl çəkək geriyə zamanı, dadmadan qadağan meyvəni yenidən
Yeni bir nağıl...
Məni qəfəsindən burax, bizim sevgimiz günah, günah, günah...




Qaraqan - Compilation
Альбом Compilation


Еще альбомы



Внимание! Не стесняйтесь оставлять отзывы.