Qaraqan - Son Renessans текст песни

Текст песни Son Renessans - Qaraqan



Uzaq küncə atılmış kətan kağız, fırçalar
Quruyur bir neçə gün açıq qalan boyalar, rənglər
pəncərədən çöldə inanılmaz gözəl peyzaj
Əsl faciə - hər şey var, rəssam istəmir çəkmək
Rəssam istəmir görmək, rəssam istəmir baxmaq
Ümid vermir günəş, içini titrətmir dəniz, dalğalar
Buludlu səma, qarğalar sarı tarlalar
Göy qurşağı, yaşıl meşələr, ilk dəfə yağan qar
O saatlarla danışar gözəlliyindən dünyanın
Onun rəsmlərindən soyuq divarlara gəlir həyat
O çəkir doğulduğu kimi, ötürüb bütün hissləri
Sürətli zaman içində bu rəsmlər əbədiyyət
Rəssamın gözlərində yaş, titrəyir yorğun barmaqlar
Sonuncu rəsmlər deyil peyzaj, portret, anlamaq
Çətin qarışıq rəngləri sanki daha bacarmır
Əyri xəttlər, yarımçıq cizgilər, rəngli qaralama
Otağa əsir son payız küləyi
Özü ilə bir neçə sarı, quru yarpaq gətirib
Bir neçə göz yaşı ayrılıq gətirib, bu payız
rəsssam ötürür bəyaz kağıza bu hissləri
Boşalan sərgiləri bu rəsmlər doldurmaz
O bilir insanlar anlamır, belə çəkmək olmaz
Onlara lazım açıq-aydın ölü portretlər
Amma çəkir onun əli ilə Tanrı, bu ilahi trans
Son renessans, toz altında anlaşılmaz şəkillər
Qarışıq sözlər, hecalar mürəkkəb sətirlər
Son renessans, xalqın alqışlarına satılmır rəssam
Sonuncu şans, sizə bu ağır şeirlərim miras
Son renessans, sonuncu intibah, gəlirəm getmək üçün
İtirdiyiniz dəyərlərin yanında itmək üçün
Məni bağışla padre, deyəsən gəlmədi yaz
Sonuncu rəssamın sonuncu duası, renessans
Ona deyirdilər ki, çək portretini padşahların
Sənin qiymətini bilsələr biləcəklər sarayda
İncəsənət heç vaxt yaşamayıb gücünə xalqın
Qara camaata lazım deyil həqiqət, avamdırlar
Deyirdilər ki, gözəl xanımlardan gəlsə sifariş
Onları şəkillərdə olduqlarından gözəl çəkərsən
Bax digər rəssamlara, böyük faytonlarda, sərgilərdə
Yanlarında rəsm anlamayan gözəllər
Sənin əkdiyin toxumlar bu torpaqlarda bitməz
Müharibədə birinci irəli gedənlər ölürlər
Arxada gizlənən, döyüşdən qaçanlar qalır sağ
Birincilər şəhid, ikincilər qəhrəman olurlar
Baxıb susurdu rəssam, gözlərində qaranlıq
Onun çəkdiyi rəsmlər artıq ötüb zamanı
Onun çəkdiyi rəsmlər gizlədir içdə mənanı
bu dərinliyi anlaya bilir ancaq Tanrı
Otağa əsir son payız küləyi
Özü ilə bir neçə sarı, quru yarpaq gətirib
Rəssamın fırçası donur ürəkdən çəkir ah
Doğulur tərk edilmiş emalatxanada intibah
Tökülür yerə rənglər, dolur ağrı ilə kağız
Titrəyir dizləri, çəkilir rəsm, yazılır tarix
Çırpılır kənara akvarel, rəssam güclü aciz
Beləcə doğulur portretlər ölkəsində surrealism
Son renessans, toz altında anlaşılmaz şəkillər
Qarışıq sözlər, hecalar mürəkkəb sətirlər
Son renessans, xalqın alqışlarına satılmır rəssam
Sonuncu şans, sizə bu ağır şeirlərim miras
Son renessans, sonuncu intibah, gəlirəm getmək üçün
İtirdiyiniz dəyərlərin yanında itmək üçün
Məni bağışla padre, deyəsən gəlmədi yaz
Sonuncu rəssamın sonuncu duası, renessans
Toz altında anlaşılmaz şəkillər
Qarışıq sözlər, hecalar mürəkkəb sətirlər
Son renessans, xalqın alqışlarına satılmır rəssam
Sonuncu şans, sizə bu ağır şeirlərim miras
Son renessans, sonuncu intibah, gəlirəm getmək üçün
İtirdiyiniz dəyərlərin yanında itmək üçün
Məni bağışla padre, deyəsən gəlmədi yaz
Sonuncu rəssamın sonuncu duası, renessans




Qaraqan - Compilation
Альбом Compilation


Еще альбомы



Внимание! Не стесняйтесь оставлять отзывы.