Qaraqan - Balıqların Duası текст песни

Текст песни Balıqların Duası - Qaraqan



Yəqin ki qeyri ciddi gəlir, uzun illər şeirlər yazmaq
Mövzular eyni qaranlıq qaranlıqda azmaq
Geriyə baxma, bu gün görürsənsə dünəni eyni
Səkkiz il keçdiyim yollarda qoca dilənir eyni
Yoxmu zaman? Ya başqa işlə məşğul olmaq,
Başqa şeydə məşhur olmaq, pul qazanmaq,
Daha çox sıfıra sahib olub sevinmək, daha yaxşı geyinmək
Daha çox foto albom fərqli şəkillərdən gülmək.
Yəqin ki qeyri ciddi gəlir, bir addım belə dəyişməyib yol
Amma ki həyat ciddiyə almaq üçün çox qısa dost
Bu gün sabah artığ sarı yarpaqlar,
Bir az da qaç ürəydən, büküləcək bel ayaqlar
Yat daha çox qadınla, dad ətrini saçlarının
Qoy yaddaşında gözəl gözlər dərin nəfəs qalsın.
Daha çox şəhərlər gəz, ölkələrdə ol qonaq
Tüstü şərab rəqslər davam etsin həvəs qalsın.
Nəfəs alsın nəfəs versin zəif ciyərlər.
Uzun illər yığdığımız qızılları xərcləyək və.
yetmiş yaşda sonuncu pullara alıb fahişə.
onun çirkli qollarından sağollaşaraq getmək.
Yenə çəkir tilovunu zaman
Onun toruna düşən balıqlarıq, Aman
Deyin varmı Allah, bu qədər çəkdik əziyyət
Yoxsa balıqlarçün olmur cənnət
Çəkir uzun tilovunu zaman
Onun toruna düşən balıqlarıq, Aman
Kömək etmir Allah, qədər çəksək əziyyət
Yəqin balıqlarçün olmur cənnət
Balıqlar yaranır ölməyçün, məqsəd sadəcə üzməydi
Alnamadan dünyanı, sevgini, ruhu,
Onlar sadəcə sümükdən ətdəndir, ölümləri torda
Boğulur quruda dadlı şam yeməyi olur.
Ağaclar da kəsilməyçün, odun olmaqçün, ölmək
Görəsən insanın varmı bir taleyi ya əfsanə
Nağıllardı, bütün müqəddəs kitablar susur
Tanrı susur inanırığ sözünə ancağ alimlərin
Mənim dinim qoca çinar altında düşüncələr
Mənim sirrim pərdəni açmışam çılpaq pəncərə
Mənsə iblis tanrı arasında qoymadan fərq
Hər birini dinləməy Sonda çıxarmaq nəticə
Fəlsəfənlə, ya dərin elmlərlə tapa bilməzsən
Yatmağ istəməyi düşünməklə heç vaxt yata bilməzsən
Kənara da ata bilməzsən içindəki suallar
Cavablar göy qurşağı həm yaxında həm uzağda
Bəlkə elə budur səhv nələrisə düşünməklə
Həyatın ləzzətlərinə xətt çəkməy üç dörd cümləylə
İçimdəki səs səhvdi bəlkə, yox heç müqəddəs
həyat bitir doğulub, çoxalıb, ölməklə
Yenə çəkir tilovunu zaman
Onun toruna düşən balıqlarıq, Aman
Deyin varmı Allah, bu qədər çəkdik əziyyət
Yoxsa balıqlarçün olmur cənnət
Çəkir uzun tilovunu zaman
Onun toruna düşən balıqlarıq, Aman
Kömək etmir Allah, qədər çəksək əziyyət
Yəqin balıqlarçün olmur cənnət




Qaraqan - Compilation
Альбом Compilation


Еще альбомы



Внимание! Не стесняйтесь оставлять отзывы.