RG - Format Deyil текст песни

Текст песни Format Deyil - RG




Düz gəlmir formata
Düz gəlmir formata
Düz gəlmir formata
Bu nəfəsim mikrofona hənir verəcək
Kəsilməyəcək, təki tapılana qədər əvəzim
Bu həvəsim hünər vərəcək
Əl çək, haqq-ədalət gerçək bizdə axı gəzir?
Yaxşı gəzin-tozun, amma ölməyə ... Vətən
Artan benzin pulu görən, kimin cibinə gedər?
Bir gördün, gecə bu vədə deməmiş nədən
"Bəsdi" - deyib bu qədər salır yekə cipinə bir gədə
Ona görə demirəm, yaxşısı, susum
Mən sakit dururam, amma sətirlərim qan qusur
Ruh kirliysə, niyə alır axı onda can qüsul?
Anar demiş: sabun dəyişir, köhnədi üsul
Bir susun, görün əməli, deməli, düz qurulmuyub təməli
Bu gün bu otaqdan vicdanın səsi gəlir
Mənim sağ qolum əvəz edir vəsiqəmi
Polis əmi bizi susdurmaq üçün heç əsirgəmir!
Məni kritiklər top-tüfəngə basır, çünki düz gəlmir formata!
Məni heç kəs 'show-biz'ə qatmasın, çünki düz gəlmir formata!
Düz məndə, media gopa basır, ona görə düz gəlmir formata!
Rap zəfər havası, siz qorxaq qalasız bu düz gəlmir formata!
Mənlə böyüyən uşaqlar Eleven-da neylir?
Tək tanıdığım kokteyl - "Molotov Kokteyli"
O birisi şarlatanlar nəsə inqilab, akt eyləyir
Nəysə, mən içirəm çayçıda çay mixəkli
Bu gözlər qədər görüb haqq-ədalət yetirilib qətlə
Bunu dərsliyə salmaz TQDK, dinlə diqqətlə!
Biz ki tərbiyə görmüşük küçədə, ümumiyyətlə
olsun, valideyinlərimiz intelligentlər?
Bu "ara uşağı". 3 yaşdan bilirəm, yoxdu Şaxta Baba
Sehir deyil göyqurşağı
Yuxarıdan aşağı baxmaq olmaz rəqibə qəribə kinayəylə
Atam iradəylə öyrədib, hər şeydən qabaq ailə
Ay lə, yaş ötüb keçir, nələrə nailəm?
Göygölü dəyişdim Xəzərə, Mikrorayon 3-cü Dairə
Badamdar sairə
Xasiyyətcə, zahirən dəyişirəm
Heç bir əməlimə çəkmirəm xəcalət
çarə olacağa?
Oldu keçdi balacama, öyrədirəm qanacağa
vaxt özünü qanacaq ha, tək başına qalacaq
Biləcək, kişinin olar ulqumu
Saymayanın ağası ol, sayanın qulu!
Məni kritiklər top-tüfəngə basır, çünki düz gəlmir formata!
Məni heç kəs 'show-biz'ə qatmasın, çünki düz gəlmir formata!
Düz məndə, media gopa basır, ona görə düz gəlmir formata!
Rap zəfər havası, siz qorxaq qalasız bu düz gəlmir formata!



Авторы: Anar Niftaliyev, Nadir Huseynov



Внимание! Не стесняйтесь оставлять отзывы.