Sövkət Ələkbərova - Bilsəm, Sən Gəlirsən текст песни

Текст песни Bilsəm, Sən Gəlirsən - Sövkət Ələkbərova




Bilsəm, sən gəlirsən, inan, o gündən
Gəldiyin yollara ləpələnərdim
Bilsəm, sən gəlirsən, mən ulduz-ulduz
Doğranıb yoluna səpələnərdim
Yoxluğun dağ çəkir, yoxluğun dağ çəkir
Mənə günbəgün
Hər ağlı-qaralı, hər ağlı-qaralı
Xatirən üçün
Yoxluğun dağ çəkir, yoxluğun dağ çəkir
Mənə günbəgün
Hər ağlı-qaralı, hər ağlı-qaralı
Xatirən üçün
Bilsəm, sən gəlirsən, sənin vəsfinə
Hələ deyilməmiş söz axtarardım
Bilsəm ki, gəlirsən, inan, hüsnünə
Baxmağa bir cüt də göz axtarardım
Yoxluğun dağ çəkir, yoxluğun dağ çəkir
Mənə günbəgün
Hər ağlı-qaralı, hər ağlı-qaralı
Xatirən üçün
Yoxluğun dağ çəkir, yoxluğun dağ çəkir
Mənə günbəgün
Hər ağlı-qaralı, hər ağlı-qaralı
Xatirən üçün
Bilsəm, sən gəlirsən, hər istəyimi
Səpərdim yollara ətək-ətək mən
Gəldiyin yollara öz ürəyimi
Açardım taybatay pəncərəmtək mən
Yoxluğun dağ çəkir, yoxluğun dağ çəkir
Mənə günbəgün
Hər ağlı-qaralı, hər ağlı-qaralı
Xatirən üçün
Yoxluğun dağ çəkir, yoxluğun dağ çəkir
Mənə günbəgün
Hər ağlı-qaralı, hər ağlı-qaralı
Xatirən üçün



Авторы: Süleyman ələsgərov, Zahid Xəlilov



Внимание! Не стесняйтесь оставлять отзывы.