Uran - Dua текст песни

Текст песни Dua - Uran



Qulağım dolub kir bağlayıb, bağla TV'ni, kiri!
Kasıb həyatını anlamayan biri uzatmaz fağıra əlin.
Mənsəbi məlum, mənbəyi mənfur, məqsədli mamır,
Rəhmətliyin nəvəsi, xalqa xidmət edəndə axı n'olur?
Savad mayalı xəmirdən yoğrular savadlı, ziyalı
Savadsız qoyduğun komunnadansa gəzməlisən aralı.
hüququn bilmir, özü vəzifə xaltasında, sifəti balta!
Az maaş bel'çün nalça, baş'çın yastıq - alçaq halda.
Aldanma, ayıq ol! Qoyun yerinə qoyulduğun azmış,
Azğınlaşmış cəsarət ədalətin həddini, yolunu azmış.
Dəmir barmaqlarda saxlanılan həqiqət eşqi bəraətsiz
Etiraz ilanına zəhər verən, onu yaradan şərait - siz!
İnstinkt! Təsirə bərabər pressinq, zəncirə bükülmüş əl
Mübarizə - qandalı əridən, qanı qaynadan birinci təməl.
Əriyən dəmir qılınca çevrilər, devrilər "devrimsizlik"
Bunu isə mühit yaradar, bu bizlik, ki, sizlik.
Allah kömək ol bizə,
Dizimizə qüvvə ver, əzilsək yıxılmayıb qalaq ayaq üstə.
Allah kömək ol bizə
Aşağıları şükürlü et, eyni zamanda ədalətli olsun üstlər.
Allah kömək ol bizə,
İradəmizi möhkəmlət, çarəsiz insanlar etməsinlər intihar
Allah kömək ol bizə,
Sağlam düşüncə ver, sıxıntılar gətirməsin ömürə son bahar.
Şeytan yaşadığım ölkədə məskən salıb, halım
Tez-tez dəyişir, qədər nifrət paylayar zalım?
İmkanımız olsa, çoxu biri-birini diri-diri yeyər
İmkanımız olsa, birini susdurarıq, qalanları deyər.
Əsəbi külək dövrə vurur məmləkətdə zaman boyu
Qaçıb süfrədən bərəkət də, amma insan doymur.
Hər şeyin ən yaxşısı, qızılı rəngdə üfunət,
Tapıla dəfinə dəfnə aparır acgözü, sonu səfalət.
Qusacaq ya övladı, ya özü haram yeyənin
Gözü doymayanın gözü həmişə düşər halal yeyənə.
"Ə, haradandır onda pul? Tez alın əlindən!
Hamısı mənim olmalı! Yükləyin onun belindən!"
İlahi, bilmirəm səbr diləyim səndən, yaxud artıq
Vaxtı çatıb - səbr kasasına çox səbr atdıq?
Sülh istəyən azadlıq aşiqinin dərisini duzlayıb
Zəmanə dirənib, sinirlərimi dartıb, tarazalayıb
Allah kömək ol bizə,
Dizimizə qüvvə ver, əzilsək yıxılmayıb qalaq ayaq üstə.
Allah kömək ol bizə
Aşağıları şükürlü et, eyni zamanda ədalətli olsun üstlər.
Allah kömək ol bizə,
İradəmizi möhkəmlət, çarəsiz insanlar etməsinlər intihar
Allah kömək ol bizə,
Sağlam düşüncə ver, sıxıntılar gətirməsin ömürə son bahar.
Yalanı doğrunu ayıra bilək qaynar qazanda
Kömək et! Ədalət dilə gəlsin onu basdırdığımız məzardan.
Kömək et! Övladlarımız, böyüyən yeni nəsil
Etdiyimiz səhvləri etməsin düşmənə yenilməsin.
Savadsıza təhsil, qorxağa cəsarət, kasıba çörək!
Yaradıcı insana "göz" ver ki, ancaq həqiqəti göstərək!
Kömək et! Ədəbazlığa avamlığa qalib gələk
Hidayət ver "haqqın dərgahı" adı ilə gəlməsinlər kələk.
Bərabərlik carçılarının acı taleyini şirin et!
Kömək et! Dayaz qazılmış düşüncəni dərin et!
Evdən uzaq düşən atalar evə əliboş dönməsin
Kömək et! Övlad valideynin göz yaşlarını görməsin!
Maddiyatın hakim olduğu bir zəmanədə,
İnsanlar imandan qaçmasın, qoy qaçsınlar xəyanətdən.
Beyinlərə kömək ol səni axtarsınlar,
Mənə kömək ol Tanrım, kömək etdiklərinin sırasında.
Allah kömək ol bizə,
Dizimizə qüvvə ver, əzilsək yıxılmayıb qalaq ayaq üstə.
Allah kömək ol bizə
Aşağıları şükürlü et, eyni zamanda ədalətli olsun üstlər.
Allah kömək ol bizə,
İradəmizi möhkəmlət, çarəsiz insanlar etməsinlər intihar
Allah kömək ol bizə,
Sağlam düşüncə ver, sıxıntılar gətirməsin ömürə son bahar.




Uran - Dua - Single
Альбом Dua - Single
дата релиза
25-04-2020

1 Dua




Внимание! Не стесняйтесь оставлять отзывы.