Eldar Mansurov feat. Elmira Rəhimova - Mən Qurbanam Lyrics

Lyrics Mən Qurbanam - Eldar Mansurov , Elmira Rəhimova




Xoş nəfəsin ulu layla
Həyat verib daim bizə
Minnətdaram sənə hər an
Sən bəzəksən ömrümüzə
Minnətdaram sənə hər an
Sən bəzəksən ömrümüzə
Mehribanım, əziz ana
Nəfəsinə mən qurbanam
Ürəyinin istəyinə
Nəğməsinə mən qurbanam
Sevincinin, kədərinin
Ümid dolu bəhrəsiyəm
Nur çeşməli dünyamızda
Günəşsən, mən zərrəsiyəm
Nur çeşməli dünyamızda
Günəşsən, mən zərrəsiyəm
Mehribanım, əziz ana
Nəfəsinə mən qurbanam
Ürəyinin istəyinə
Nəğməsinə mən qurbanam
Həsrət-həsrət gecələrin
Mən səadət ulduzuyam
Mən sevincəm, mən ümidəm
Mən illərin arzusuyam
Mən sevincəm, mən ümidəm
Mən illərin arzusuyam
Mehribanım, əziz ana
Nəfəsinə mən qurbanam
Ürəyinin istəyinə
Nəğməsinə mən qurbanam



Writer(s): Eldar Mansurov, Ismayıl Dadaşov


Attention! Feel free to leave feedback.