Flora Kərimova - Saçlarına Gül Düzüm (feat. Mirzə Babayev) Lyrics

Lyrics Saçlarına Gül Düzüm (feat. Mirzə Babayev) - Flora Kərimova



Bağçalarda yasəmənlər verdi baş-başa
Lalələr bürüdü çəməni, düzü
Ay sevgilim, bu yerlərdə gəzməsək qoşa
Çəmənlər, çiçəklər qınayar bizi
Saçlarına gül düzüm
Mənim günüm, gündüzüm
Sənsiz mən necə gəzim?
Bilmirəm özüm
Saçlarına gül düzüm
Mənim günüm, gündüzüm
Sənsiz mən necə dözüm?
Bilmirəm özüm
Payız oldu, uçdu, getdi durna qatarı
Çəmənlər rəngini niyə itirdi?
Yox, solmadı ürəyimdə eşqin baharı
Arzular, ümidlər min gül bitirdi
Saçlarına gül düzüm
Mənim günüm, gündüzüm
Sənsiz mən necə dözüm?
Bilmirəm özüm
Saçlarına gül düzüm
Mənim günüm, gündüzüm
Sənsiz mən necə dözüm?
Bilmirəm özüm
Saçlarına gül düzüm
Mənim günüm, gündüzüm
Sənsiz mən necə dözüm?
Bilmirəm özüm
Saçlarına gül düzüm
Mənim günüm, gündüzüm
Mehribanım, əzizim
Gəl, gülsün üzüm



Writer(s): Rauf Haciyev, Yusif Hesenbey


Attention! Feel free to leave feedback.