Flora Kərimova - Azərbaycan Lyrics

Lyrics Azərbaycan - Flora Kərimova



Yayılıbdır eldən-elə
Xoş xəbərin, Azərbaycan
Fərəhlidir hər axşamın
Hər səhərin, Azərbaycan
Elin-oban bəxtəvərdir
Hər bucağın bar-bəhərdir
Şirinlikdə qənd-şəkərdir üzümlərin
Şirinlikdə qənd-şəkərdir üzümlərin
Üzümlərin, Azərbaycan
Dağı dağ üstdə qoyanda
Yorulmadın bircə an da
Alqışlanır hər bir yanda
Bu hünərin, Azərbaycan
Tərlanının cəngi tərlan
Sərdarının işi dastan
Qoy var olsun hər bir zaman xoş günlərin
Qoy var olsun hər bir zaman xoş günlərin
Xoş günlərin, Azərbaycan
Bəhrə verib hər budağa
Əvəz yoxdur bu torpağa
Bürünəcək yaşıl bağa
Hər bir yerin, Azərbaycan
Vəd verdin, sözün düz oldu
Pambığın dəryadan boldur
Sabaha bir təzə yoldur hər zəfərin
Sabaha bir təzə yoldur hər zəfərin
Azərbaycan, Azərbaycan
Sabaha bir təzə yoldur hər zəfərin
Azərbaycan, Azərbaycan



Writer(s): Flora Kərimova


Attention! Feel free to leave feedback.