PRoMete feat. Anar Nağılbaz - Qəribə Vaxtlar paroles de chanson

paroles de chanson Qəribə Vaxtlar - Promete feat. Anar Nağılbaz



Fikirlər onlar heç vaxt gəlmir qəfildən
Onlar şüuraltına çökmüş şəkillər...
Bəzən illər lazım olur bir ideyanı tamamlamaqçün
Amma hər gün oturub bir şey qaralamaqçün
Ətrafda səbəblər çox. Həyat tələblər çox
Yaşlanırıq sevinc əvəzi gərilir əsəblər çox
Kim deyir ki, "yaşlı olur müdriklər", yox!
Tanıdığım cavanlar da var:
Uşaqlığımın qəhrəmanı Anar
Fikirləriylə formalaşırdı cavanlar, vaxt var idi
Qəribə vaxtlar idi, axşamlar həyətə düşərdi hamı
Xəbərləri bölüşməkçün
Az qalıb surroqata dönüşməkçün
İnsanlar çox dəyişib. Bu pisdir, yoxsa yaxşı?
Hərənin öz baxışı
Fərqli baxışların səbəbkarı həyat naxışı
Kimdəsə cütdür maşın
Kiminsə yox balışı
Kimsə sevir yağışı...
Kiminsə birdir həyata gəlişiylə alışı
Kimdəsə çoxdur yaxşı, kimdəsə yoxdur yaxşı
Kimə qurmaq, kimisinə soxasoxdur yaxşı
Hərənin öz baxışı, hərənin öz naxışı
Bir vaxt var idi, yaxşı vaxtlar idi
Yolumuz işıqlı, ətrafımız dostlar idi
Enerji çox, sual çox, işimiz aşkar idi
Elə fikirləri formalaşdıran insanlar idi
Bizə dövrümüz deyildi qeyri-adi
Adi gəlirdi bizə əhvalatı, hərəyə bir qaraltı
Hərənin öz saatı, çatırdı imkanatı
Kiçik bir dövlətin insanlarının böyük həyatı
Böyükdü sualları, böyükdü duaları
Kiçikdi böyük dövlətlərlə dostluq xəyalları
Ölüb gedir ərlər, yüz il eyni xəbərlər, fərqli ifa eyni əsərlər...
Əslində kiminsə yüz il əvvəl yazdığı sətri, deyirik bu gün fərqli
Budur bizim dövr. Bilinmir hələ tarixdə necə edəcək izim dövr
Hmm, dostum Mete, ötür siqareti
Bəlkə sadəcə bir flashcard-ıq biz, xəbər ötürücü...
Bəlkə xatirələrimizin gücüdür, sözlərin gücü...
Həyata maraq edən biri var idi mənəm o
Ətrafı xanımlar, dostlar idi mənəm o
Bu gün bəzi ölüb, bəzi başqa-başqa diyarda
Bəzi başqa-başqa fikir, başqa-başqa xəyalda
Dəyişir həyat, qəbulum dəyişir
Qovluqlar yeni, fikirlər, şablon dəyişir
Gözəllər gözəlləşdikcə abrım dəyişir
Üsullar köhnə üsuldur, sabun dəyişir
yaxşı var ritm, bu gün səninlə dedim
Təbiətdən törəndik, yenə ruh təbiətin
Cəmiyyətə qaynayıb qarışmalı, alışmalı
Keçmişi unutmayıb, bu gününlə barışmalı
Ya da fikirlərini paylaşıb, bir toplaşmalı
Yeni bir məna üçün qırışmalı, savaşmalı...
Gözlərimiz yol çəkir, axır axın-axın fikir
Başqadır fəlsəfəsi insanlar birdir...
İnsanlar birdir insanlar bilmir
İnsanlar bildiyi həqiqətləri dinmir
Bəlkə bildiklərmizi biz paylayaq, hamı bilsin?!
Bəlkə bu ən böyük tilsimdir ki,
Kimsə edib bizi dilimizə təslim
Bu bir tərslik
bu barədə yoxdur heç bir ədəbiyyat, heç bir dərslik
Həyatımızı bürümüş sərt bir nəhslik
Niyə üzümüzə qırışlarla birgə qonur səssizlik?!
Kimsəsizlik, tənhalıq
Darıxmaq hissinin özü üçün darıxmaq
Suallar burulğanında vurnuxmaq
Hər şeyin yaxşı olacağı barədə inam hissi uzaqlarda
Artıq əvvəlki tək sevinc vermir uşaqlar da
Daha yumuşaq, daha həzin musiqilər qulaqlarda
Daha axmır göz yaşı da yanaqlardan
İçəriyə yol tapıblar, ümidlərə yem olublar
Ümidlərsə hələ sağdır
Yaşsa sayır əksimizə
Güzgülərdə yadlaşırıq əksimizə
Artıq varan da yox fərqimizə
Nəzərlərdə yox oluruq
Özümüzə dost oluruq
Mümkünsüz hadisələr baş verirlər
Itirilməz insanlar baş daşına çevrilirlər
Ömür nədir?
Fikirlərin qoynunda səfərlər
Fikirlər onlar heç vaxt gəlmir qəfildən



Writer(s): Gustavo Santaolalla


PRoMete feat. Anar Nağılbaz - Köhnə Mahnılar
Album Köhnə Mahnılar
date de sortie
13-02-2013



Attention! N'hésitez pas à laisser des commentaires.