PRoMete - Sonu Görünməyən Yol paroles de chanson

paroles de chanson Sonu Görünməyən Yol - PRoMete



Hər sətir sanki bahalı bir almaz
İçimin dərinliklərindən yazıram almost
Kick snare, hi-hat, bir bass
Bəs edir ki, mən yazım sətir yazım səs
Amma bəs eləmir hərdən bir bitki
Qarşısı alınsın hansısa itki
Bu istedaddır, vərdiş yoxsa vergi
Kim bilir ki, ki, ki, kim bilir ki,
Qara-qura vərəqləri toplasam yataq otaqımdan
Metenin səsi əskik olmaz qulağından
Bu mahnıların hərəsi bir uşağım
Mən tez-tez ata oluram
İlham pəriləri sevgililərim
Sətirlərin izləri həyatlarda dərin
Qayda-qanunlar maneələrdi
Amma çoxdan aşmışam bu çəpəri
Həyat yoldur sonu görünməyən
Gedirəm mən üstündə sürətlə
De, kim var ki, əvəz edilməyən
Sadəcə addımla diqqətlə
Həyat yoldur sonu görünməyən
Gedirəm mən üstündə sürətlə
De, kim var ki, əvəz edilməyən
Sadəcə addımla diqqətlə
Neçə-neçə vərəqi qələmin diyircəyinə
Poligon elədim, səsim əsmədi
canlı, monoton tonumu dinləmiyib hələ heç kim
İlhamım elə həyatın özüdü
Onu gətirmir otlar, ki, içki
o kəs ki, deyir ki, Mete indi bitirəcək sürəti
Qoy dinləsin gözünü açıb, üzünü aşağı əyəcəyi şiddəti
Səhnə darıxmır, əgər mən onda
Kütlə darıxmır, əgər mən onla
Əllər havadadı, yellənir sağa-sola
Səhnədə Mete, mən hegemonam
Səhnə darıxmır, əgər mən onda
Kütlə darıxmır, əgər mən onla
Əllər havadadı, yellənir...
Səhnədə Mete, mən hegemonam
Həyat yoldur sonu görünməyən
Gedirəm mən üstündə sürətlə
De, kim var ki, əvəz edilməyən
Sadəcə addımla diqqətlə
Həyat yoldur sonu görünməyən
Gedirəm mən üstündə sürətlə
De, kim var ki, əvəz edilməyən
Sadəcə addımla diqqətlə



Writer(s): Pərviz Isaqov


PRoMete - Köhnə Mahnılar
Album Köhnə Mahnılar
date de sortie
13-02-2013




Attention! N'hésitez pas à laisser des commentaires.