PRoMete feat. Anar Nağılbaz - Tamaşa paroles de chanson

paroles de chanson Tamaşa - Promete feat. Anar Nağılbaz



Kim olursan ol
Varındır bir yol
Bu dünya tamaşa
Oynayırsan rol
Gün qurtardı atıb cildini sən olursan
Öz qavradığın varlığına cəm olursan
Ya öz rolunu yoluna uyğun tuş edirsən
Ya da xəyallarında məstləşib dəm olursan
Kim olursan ol
Varındır bir yol
Bu dünya tamaşa
Oynayırsan rol
Gün qurtardı, atıb cildini sən olursan
Öz qavradığın varlığına cəm olursan
Ya öz rolunu yoluna uyğun tuş edirsən
Ya da xəyallarında məstləşib dəm olursan
Çox bərk getmə barı, bax aşağı, yuxarı
Belə bu dünya malı elə dünyada qalır
Kimlərsə qohumlarına yığdıqları cah-cəlalı
Gah yel dağıdır, gah da sel aparır
Həyatındır varın, həm vaxtın azalır
Tox arzuların, tez verər barı
Yaşa necə istəyirsən, yaşa yenə azad ol
Bir-iki sönmüş işığı yandır ki, qəlbində şad ol
Mehriban hissini itirib pessimist olma
Öz varlığına qəsd edib ekstremist olma
Kimsə, nəsə düz deyil, gücün yoxdur, durma!
Cilovla səbrini, yan keç, boşuna vurma
Kim olursan ol
Varındır bir yol
Bu dünya tamaşa
Oynayırsan rol
Gün qurtardı atıb cildini sən olursan
Öz qavradığın varlığına cəm olursan
Ya öz rolunu yoluna uyğun tuş edirsən
Ya da xəyallarında məstləşib dəm olursan
Kim olursan ol
Varındır bir yol
Bu dünya tamaşa
Oynayırsan rol
Gün qurtardı, atıb cildini sən olursan
Öz qavradığın varlığına cəm olursan
Ya öz rolunu yoluna uyğun tuş edirsən
Ya da xəyallarında məstləşib dəm olursan
Çox yavaş da getmə, dostum, sürətini düzgün tut
Bu həyat bildiyindən pozğun
Ya uğuru unut, ya da qucağına uzan
Ya sürət qazan, ya da ol iynə ilə gor qazan
Heç asan deyil, heç asan
Amma qaçma sən, yoxdur kəsən, asan
Sən Qəddafi, Səddamsan
Elə yaşa, deməsinlər əzazil ya qəddarsan
Bil, unudulur cəlladlar, geriyə qalır çox az adlar
Xatırlanarlar adi insanlar
Hansılar ki, düşünməyib dövlət var
Bil, qarşıda ölmək var... Yaşa yarat!
Sən gedəcəksən, işlər qalacaqlar
Kim olursan ol
Varındır bir yol
Bu dünya tamaşa
Oynayırsan rol
Gün qurtardı, atıb cildini sən olursan
Öz qavradığın varlığına cəm olursan
Ya öz rolunu yoluna uyğun tuş edirsən
Ya da xəyallarında məstləşib dəm olursan
De, görək hər bir işi ata-atdır, kimdir bu adam?
Bəs hara getdisə bata-batdır, kimdir bu adam?
Bütün günü yatdı, itdi-batdı, kimdir bu adam?
Yaxud bütün arzularına çatdı, kimdir bu adam?
Biri var ki, işi, peşəsi elə şikayətdir
Vallah, adam da var şor qoğal ona kifayətdir
Eləsi var, atdığı hər bir addım cinayətdir
Danışdırırsan, deyir,— "ətdir-mətdir söhbətdir?"
Eləsi var, dindirirsən, sənlə kəlmə kəsmir
Uzun-uzun danışırsan, bir demir də,— "bəsdir"
Qabağında min oyundan çıxırsan ki, səninlə danışsın
Sonda kimsə deyir ki, dildən, qulaqdan şikəstdir
Həyat əbəs o kəsə ki, fikri lal, qəlbi kor
Bizə var? Ver bir kağız, qələm, çörək şor
Bizim işimiz söz, bizim işimiz fikir çıxartmaq
Odur ki, yemək tapmasaq da, olmuruq dilxor




PRoMete feat. Anar Nağılbaz - Köhnə Mahnılar
Album Köhnə Mahnılar
date de sortie
13-02-2013



Attention! N'hésitez pas à laisser des commentaires.