PRoMete - Əyri Otur, Düz Danış paroles de chanson

paroles de chanson Əyri Otur, Düz Danış - PRoMete



Əvvəl fikir gəlir, sonra çıxır
Necə ki, uşaq doğulur, sonra diş çıxır
Bir az geciksə - qızdırma, zır zır
Sevdiyin treklər bax belə yazılır
Sənə var ki, play basdın qulaq asdın
Sonra da YouTube'da bir-iki comment yazdın
Elə bilirsən ki, hamı sənin kimi düşünür
"Dərya qazdır, Xose sazdır! Azdır, hamısı bizə azdır!
AzRepin zirvəsi H.O.S.T idi, indi yoxdur
Ən sürətli reper Dost idi, indi yoxdur
Old School reperlər raka maka faka qon
Qalanlar feysbukda post idi, indi yoxdur
Göstəricilər hamısı satılır pulla
Camaat say artırır min cür əyri yolla
Mənim həvəsim öldü like'lara qarşı
Biləndə, 5000 like cəmi 10 dollar
Mən bir nömrə, var tapançam
Uçur şeytanlar, məndə sancaq
Sevgilim, atma məni, sevgilim, atma məni!
Bizimdir o bucaq, bizimdir bu bucaq
Mən bir nömrə, var tapançam
Uçur şeytanlar, məndə sancaq
Sevgilim, atma məni, sevgilim, atma məni!
Bizimdir o bucaq, bizimdir bu bucaq
İstedad olmasa, kömək olmur bığ-saqqal
Məncə ləqəbinizi dəyişib qoyun siz çaqqal
Xatırlatma: kim idiniz, olmasa Pərviz?!
Mama raqqada çıqqada raqqada çıqqa
Azrep nədir yığsan, cəmi 3 Giqabayt
Ondan iksində mənim adım var
Ya produser, ya da mixing master
"Allah veribe, qaqa, sənin istedadın vareaa"
Oh shit, reperlər tək muğam oxumur
Oh shit, hər kəs hər kəsin qohumu
Hər cür saç düzümü var bizim azrepdə
Oh shit, bircə hörüklü yoxumuz
Bütün dünyada repdə tatu dəbdə
Ya da ki, idmanla şişirdilmiş əzələ
Bizim ölkədə bir az fərqlidir məsələ
Əridə bilmirik qarınları biz hələ
Mən bir nömrə, var tapançam
Uçur şeytanlar, məndə sancaq
Sevgilim, atma məni, sevgilim, atma məni!
Bizimdir o bucaq, bizimdir bu bucaq
Mən bir nömrə, var tapançam
Uçur şeytanlar, məndə sancaq
Sevgilim, atma məni, sevgilim, atma məni!
Bizimdir o bucaq, bizimdir bu bucaq
Həyatda da beləyəm, öyrəşmişəm küçəyə
İt hürürsə mənə, mən təpik küçüyə
Bildiyim həqiqətlərdən növbəti biri bu:
Od olmazsa əgər, rast gəlmərik tüstüyə
Biz, güya, gangster, qan qusdururuq
Bir-iki reper tapıb açarını bururuq
Kimsə bizim əcdadımızı da söysə
Güya, biz yuxardayıq, iqnor susuruq
Ədəbiyyat müəllimim öyrədərdi səliqəni
Hər bir yazım mənim olmalı idi səliqəli
Birinci verse giriş, ikinci verse gövdə
Üçüncü verse'ə isə qalmır heç vaxt səbrim mənim
Ou-o-o-o-o-o-o
Ou-o-o-o-o-o-o
Ou-o-o-o-o-o-o
Ou-o-o-o-o-o-o
Mən bir nömrə, var tapançam
Uçur şeytanlar, məndə sancaq
Sevgilim, atma məni, sevgilim, atma məni!
Bizimdir o bucaq, bizimdir bu bucaq
Mən bir nömrə, var tapançam
Uçur şeytanlar, məndə sancaq
Sevgilim, atma məni, sevgilim, atma məni!
Bizimdir o bucaq, bizimdir bu bucaq
Nobody loves you, everybody hates you, Cruella De Vil
You are a monster, nothing but a monster, Cruella De Vil
You are so mean through and through
Everyone says fool and you and
Nobody loves you, everybody hates you, Cruella De Vil
Ha ha...



Writer(s): Melville Mel Leven


PRoMete - Köhnə Mahnılar
Album Köhnə Mahnılar
date de sortie
13-02-2013




Attention! N'hésitez pas à laisser des commentaires.