Ədalət Şükürov - Sərxoşam paroles de chanson

paroles de chanson Sərxoşam - Ədalət Şükürov



Baxanlar mənə deyirdi:
"Ay zalım oğlu
Bu gündür sən düşmüsən
Eşqin əlindən?"
Gözlərin qalıb yollarda
Ürəyin dolu
İrəhmin gəlsin özünə
Belə etmə sən
Görənlər mənə deyirdi:
"Ay zalım oğlu
Sənin o qıza çatmağın
Adi xəyaldır"
Neyləyim ki, həsrət mənə
Ağır yük oldu
Ayrılıq axtarıb, tapıb toruna saldı
Mən içmədən sərxoş olmuşam
Ayıq sevgidən meyxoş olmuşam
Mən sərxoşam, yenə sərxoşam
Böyük sevgidən sərxoş olmuşam
Bilənlər mənə deyirdi
"Özünü üzmə
Gözəl qızlar səni bizdən
Hər gün soruşur
Əzab çəkən fikirləri
Sıraya düzmə
Belə gün görəcəksən
Ay eşq sərxoşu?"
Sevənlər mənə deyirdi:
"Cavansan hələ
Ömrün hələ qabaqdadır
Sevərsən yenə
Həyatını məhv eləmə
Sən bilə - bilə
Ürəyin sahibini görərsən yenə..."
Mən içmədən sərxoş olmuşam
Ayıq sevgidən meyxoş olmuşam
Mən sərxoşam, yenə sərxoşam
Böyük sevgidən sərxoş olmuşam
Baxanlar mənə deyirdi:
"Ay zalım oğlu
Bu gündür sən düşmüsən
Eşqin əlindən?"
Gözlərin qalıb yollarda
Ürəyin dolu
İrəhmin gəlsin özünə
Belə etmə sən
Bilənlər mənə deyirdi
"Özünü üzmə
Ömrün hələ qabaqdadır
Sevərsən yenə
Həyatını məhv eləmə
Sən bilə - bilə
Ürəyin sahibini görərsən yenə..."
Mən içmədən sərxoş olmuşam
Ayıq sevgidən meyxoş olmuşam
Mən sərxoşam, yenə sərxoşam
Böyük sevgidən sərxoş olmuşam
Mən içmədən sərxoş olmuşam
Ayıq sevgidən meyxoş olmuşam
Mən sərxoşam, yenə sərxoşam
Böyük sevgidən sərxoş olmuşam



Writer(s): Ikram əliyev, Mediko Kartoziya


Ədalət Şükürov - Qapı
Album Qapı
date de sortie
15-09-2003




Attention! N'hésitez pas à laisser des commentaires.