Badclause - Eyni Şeylər текст песни

Текст песни Eyni Şeylər - Badclause



Mən həmənki yazan adam, sən həmənki şeir
Münasibət çox dəyişibdir, daha əvvəlki deyil
İllər ötsə belə, hələ məyus, yolumuz eyni
Səndən özgə hər mübtədaya məchul oldu felim
Ötüb keçdi geridə qalan 3 il
yadıma düşdükcə darıxacaqdım
Darıxırdım... Halım acınacaqlı
Başa düşərsən yəqin məni, sənin səbrin tükənib
Sübhdən uzaq, nəfəs dərirmiş kimi dərirəm gecəni
Məni yorur eyni həyat, sıxıcı, monoton
Eyni gün, güzəran eyni, halım eyni, əhval eyni
Hər gün ayrı ahı geyinsə belə ruhum
Ehtişamı eyni dərdin
Bitməz-tükənməz, özümə yükəm mən
Yazmadıqca yadırğasam da
Hər dəfə məsum baxışlara görə səni bağışlasam da
Ətrafımdan iyrənib, insanlardan iyrənib
Otağıma qapansam da, çarəsi yox bəzi şeylərin
Məni yada salmasan da, üzümə baxmasan da
Sevgimi anlamasan da, bir oda yanmasaq da
Gecələr qəhərlənib başqasıyçün ağlasan da
Hamı getsə belə, sonda yanında mən olacam
Məni yada salmasan da, üzümə baxmasan da
Sevgimi anlamasan da, bir oda yanmasaq da
Gecələr qəhərlənib başqasıyçün ağlasan da
Hamı getsə belə, sonda yanında mən olacam
Tanıdığım gündən eyni, səbirsiz ərköyünsən
Çox haqsızlıq elədin, susdum, təki sən gülümsə
Hər dəfə yanıma gəlsən belə düşdüyün hər düyündə
Ürək sözlərimi eşitmədin şəhərin səs-küyündən
Səni bəzən səhv salıram içimdəki tənhalıqla
İkiniz eyni, təklik səssizlikdən ibarət
Ölümünə vurğunam sənə bütün səhvlərinin acığına
Hətta alıb verdiyim nəfəs sənə ithafən
vaxtsa məni anlamasan, ürəyinin səsini dinlə
Bu günə kimi dərdim olmayıb sevmək, sevilmək
Yanımda olmağın istədim, olsa da çətinliklə
Məncə xoşbəxt olmaq üçün sənə bəs idim mən
Artıq günlərim aydın deyil, gecəm xeyrə
Dəqiqələr ötüb keçir, çoxalır məni üzən şeylər
qədər ölsə yaşam sevincim, incitsən məni
Tək qalmaq istəsən belə, heç yerə gedən deyiləm
Məni yada salmasan da, üzümə baxmasan da
Sevgimi anlamasan da, bir oda yanmasaq da
Gecələr qəhərlənib başqasıyçün ağlasan da
Hamı getsə belə, sonda yanında mən olacam
Məni yada salmasan da, üzümə baxmasan da
Sevgimi anlamasan da, bir oda yanmasaq da
Gecələr qəhərlənib başqasıyçün ağlasan da
Hamı getsə belə, sonda yanında mən olacam



Авторы: Mirvövsüm əhmədov, şahin əlizadə


Badclause - Eyni Şeylər
Альбом Eyni Şeylər
дата релиза
23-01-2021




Внимание! Не стесняйтесь оставлять отзывы.