Orkhan Zeynalli feat. Ayka - Bəlkə Də Nə Vaxtsa текст песни

Текст песни Bəlkə Də Nə Vaxtsa - Orkhan Zeynalli feat. Ayka



Yaşamağa həvəs yoxdu həyat əzbər bildiyim film
Sonda soruşsalar ki, necə yaşadın bilmirəm deyim
Həyat testlə tərs, daha pis 1 səhv 4 düz aparır
Hər bir yalan insandan daha neçə üz aparır
Kim gündüz darıxır, qaranlıq həsrətində
Üzündə nur yaranır sevgiyə nifrətində
vaxtsa uçanda düşündüm ki, qanadım olarsan
Mən indi səmadayam, amma yıxılıram
Bəlkə saraydayam, amma sıxılıram
Bu dünya hələ nəsə demək istəyir, amma anlamıram
Getmək çox çətindi camaata əks tərzdə
Amma yenə heç bir ümidi kiməsə bağlamıram
Bitir ot daş üstündə, bu əzmin nümunəsi
Quruyub yaş gözündə, bu dərdin büruzəsi
Açılar bəşəri sirlər hamıya şübhəm yox
Bəlkə nəvaxtsa, amma bu gün yox
Çox ağladı gözlərim
Buz bağladı əllərim
Bu şəhərin yalanlarında
Eşidilmədi sözlərim
Eşidilmədi sözlərim
Həyatdan alınan yaraları sağaltmaqdı indi tək maraq
Qisas hissi ürəyi bürüyür sevgini aldadaraq
Kim bilir kimin içini, dostunun dünyasını
Həyat gedir, günləri zaman odunda yandıraraq
Başımızı qaldıraraq istəyirik kömək göydən
Çünki uzaqdayıq özümüz öz ürəyimizdən
Bir qədəh iki əldə, ciddi səbəb durub öndə
Dərdləri unutmaqçün, gedirik özümüzdən
Bəlkə yalan deyil dünya
Sadəcə hərənin öz həqiqəti
Kiminsə doğrusuyla kimsə razı deyil qəti
Şəkər duz gətir
Bəlkə onunla dəyişdik həyatın ləzzətini
Kiminsə üzünü aç, artırıb şöhrətini
Ya da ki əlindən al bütün var-dövlətini
Danışacaq susanlar da bir gün şübhəm yox
Bəlkə vaxtsa, amma bu gün yox
Çox ağladı gözlərim
Buz bağladı əllərim
Bu şəhərin yalanlarında
Eşidilmədi sözlərim
Eşidilmədi sözlərim
Eşidilmədi sözlərim
Eşidilmədi sözlərim



Авторы: Parviz Promete Isagov


Orkhan Zeynalli feat. Ayka - Biz Insan Deyilik
Альбом Biz Insan Deyilik
дата релиза
29-05-2010



Внимание! Не стесняйтесь оставлять отзывы.